Arılar qütbləşmiş işığı görmə qabiliyyətlərindən istifadə edərək qida tapa bilirlər

arı-resimleriArılar yaradıldıqları andan bu günə qədər, yəni milyon illərdir ki, qütbləşmiş işıqdan  istifadə edir, dəqiq hesablamalarla istiqamətlərini təyin edə bilirlər. Bəs bunu necə edirlər?

Arılar istiqamətlərini qütbləşmiş işığa görə tapırlar

Arılar hava buludlu da olsa, günəşi  ultrabənövşəyi şüalarından  faydalanaraq kompas kimi  istifadə edirlər. Oxumağa davam et

Ölümə Tələsən Erkək Arılar

Arı ailəsində hər arının öz işi var. Ancaq erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edirlər. Onların pətəkdəki yeganə funksiyası ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa heç bir xüsusiyyətə malik olmadıqlarına görə ancaq ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış çıxdıqda işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar. Oxumağa davam et