İşıq Saçan Canlılardakı Ehtişam

İşıq saçan canlıların ən çox məlum olan növləri atəşböcəkləridir. Elm adamları illərlə davam edən araşdırmalar və fəaliyyətlərilə atəşböcəkləri kimi məhsuldar işıq istehsal etməyə çalışırlar. Maksimum işıq verən və demək olar ki, enerji itkisinə yol verməyən atəşböcəkləri bu xüsusiyyətlərinə görə illərlə tədqiqat hədəfi olmuşlar. Əslində bir canlının işıq verməsi eyni zamanda bu işığın istiliyinin ona təsir etməməsi son dərəcə təəccüblüdür. Çünki məlum olduğu kimi, dövrümüzün texnologiyası ilə həyata keçirilən işıq istehsalında istilik ayrılır və bu istilik istilik enerjisinə çevrilir. Ona görə də işıq verən canlıların özləri də bu yüksək temperaturdan zərər görməlidirlər. Lakin işıq verən canlılar işıq verdikdə çox istilik ayrılmır. Soyuq işıq adlanan bir cür işıq verirlər. Orqanizmləri buna uyğun olaraq qurulmuşdur.

Oxumağa davam et

İşıq Verən Dəniz Canlıları

Dəniz canlılarından bir çoxu atəşböcəkləri kimi işıq verən sistemlərə malikdir. Adətən bundan düşmənlərini yanıltmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bunlardan Comb Jelly (Ctenophora) adlı canlı eynilə meduzalar və dəniz anemonları kimi həssas canlılardır. Mikroskopik bitkilər və kiçik dəniz heyvanları ilə qidalanırlar. Bəziləri ovlarını eynilə balıq tilovu kimi suda hərəkət edən yapışqan lamisə orqanları ilə tuturlar. Bu canlının başqa növünün isə çox geniş açılan və digər Comb Jelly canlıları də daxil olmaqla bir çox canlını udan ağızları var. Comb Jelly-nin bədənində sıra ilə düzülmüş incə tüklər var və heyvan bu tüklərini suda özünü irəliyə doğru itələmək üçün istifadə edir. Bunda başqa demək olar ki, bütün Comb Jelly-lərin arxasında eynilə tikiş yerinə bənzəyən zolaqlar formasında işıq verən hüceyrələr yerləşir. Növlərin özlərinin də maraqlı xüsusiyyətləri var. Məsələn, qırmızı Comb Jelly-yə toxunduqda parıldayır. Eyni zamanda suya parıldayan, işıqlı dənəciklər buraxır. Bu düşmənlərindən xilas olmaq üçün istifadə edilən yanıltma üsuludur.

Oxumağa davam et