Türkiyə-Rusiya dostluğu hədər getməməlidir

rus-turkTürkiyə və Rusiya Atatürkün liderliyindən, Sovet İttifaqının qurulmasından etibarən yaxşı münasibətlərə nail olmuş, iki qonşudan daha çox iki dost ölkədir. Ona görə Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması iki xalqı da dərindən sarsıtmışdır.

Mövzu barədə təhlil aparanlar bu hadisəni bir çox amillə bağladılar. Bu həqiqətən bir zərurət, yoxsa yanlışlıq idi?

Həmin şəxslər bu hadisənin Rusiyanın Suriyada türkmənlərə qarşı hücumlarına görə intiqam olduğunu iddia etdi. Bunun səbəbi Türkiyənin öz qohumlarının yaşadığı bölgələrə qarşı hücumlar məsələsində bir müddətdir ki, Rusiyaya müxtəlif xəbərdarlıqlar etməsi və bombalanan bəzi ərazilərdə radikal ünsürlərin olmadığını ictimaiyyətə təqdim etməsi idi. Mövzu ilə bağlı Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Xarici işlər nazirliyinə çağırılmış, ona Türkmən kəndlərini bombardman etməyin ciddi nəticələrə yol aça biləcəyi bildirilmiş və Rusiyadan əməliyyatı bir an əvvəl bitirməsi istənilmişdi.1 Dolayısilə Türkmən bölgələrinə rus bombardmanı məsələsi Türkiyənin bir müddətdir həssas olduğu bir məsələ idi. Oxumağa davam et