Atmosfer və nəfəs

halbe_erdkugel_atmosphaere_kobes_fotolia_41912841_mHəyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. Oxumağa davam et

Günəş sistemindəki həssas nizam

gezegenlerKainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. Oxumağa davam et

Günəş sistemindəki planetlər

fouoteujh0okqflgavqm0q“Yer kürəsi; atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.

(Amerikalı geoloq C. S. Levis (J. S. Lewis),)(1)

Oxumağa davam et

Yer kürəsinin həssas temperaturu

annual_average_temperature_mapYer kürəsinin həyat üçün ən zəruri şərtləri, əvvəla, temperaturu və atmosferidir. Göy planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də, bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur.

Oxumağa davam et

İşıq-atmosfer uyğunluğu

sunshine-day-of-the-tree-2Günəşdən yayılan şüalar həyatı dəstəkləmək üçün xüsusi olaraq yaradılmışlar. Lakin bu mövzuda çox mühüm bir amil var: Bu şüalar Yer səthinə çata bilmək üçün, atmosferdən keçmək məcburiyyətindədirlər.

Əgər atmosfer, bu şüaları keçirəcək quruluşa sahib olmasaydı, əlbəttə ki, bu şüaların bizə heç bir faydası olmazdı. Lakin atmosferimiz, bu faydalı şüaların keçməsinə imkan verən özünəməxsus quruluşa malikdir.

Oxumağa davam et

Həyat üçün zəruri olan tarazlıqlar siyahısı

worldYer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Oxumağa davam et

Küləklərdəki bilinməyən hikmətlər

ruzgar-agac-07Həyatımız boyu hamımızın şahid olduğu, çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə uca Allahın bir çox hikmətlə yaratdığı böyük nemətdir. Allah Quranda küləyi də bütün digər yaradılış dəlilləri kimi insanların düşünməsi və şükür etməsi üçün yaratdığını bildirmişdir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən insanlar üçün əlamətlər vardır. (Bəqərə surəsi, 164) Oxumağa davam et

Dənizin Dərinliklərində Çətin Şəraitdə Yaşayan Canlıların Taktikaları

deniz12XXI əsrdə dünyada kəşf ediləcək çox az təfərrüatın qaldığını düşünə bilərsiniz. Ancaq dənizlərin dərinlikləri hələ də müəmmasını qoruyur. Təqribən, 4 km dərinliyə malik okeanlar yerin 70%-ini tutur. Ona görə, dənizlərin dərinliyi bütün təbii mühitlər arasında ən geniş və ən çətin şəraitli yerlərdir. Ancaq Rəbbimizin rəhməti olaraq çox soyuq, tamamilə qaranlıq, əsasən, oksigen çatışmazlığı olan və səthdəkindən 1000 dəfə artıq təzyiqə malik dənizlərin dərinliyi bir çox canlı növünün sığınacağıdır.
Okeanların dibi həyat şəraiti baxımından ən əlverişsiz mühit olsa da, buralarda yaşayan canlılar var. Akulalar, qorxunc görünüşə malik, gözlərinin altındakı lampalardan qırmızı şüalar yayılan əjdaha balıqları, parıldayan balıqlar, selakant, dəniz zanbaqları, qırmızı mürəkkəb balığı, qaranlıqda parıldayan qolları olan osminoq, 13 metr uzunluğunda nəhəng kalmar (architeuthis), bakteriyalar, molyusklar və qabıqlı canlılar bu dərinliklərdə Rəbbimizin yaratdığı qüsursuz müxtəlifliyə nümunədir. Oxumağa davam et

Mikrodünyanın Canlıları: Planktonlar

Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir  metrin milyonda biri olduğu nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?

Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması balinalardan kiçik dəniz canlılarına qədər bir çox canlı üçün təhlükə yaradır. Bu mikroskopik canlıların əhəmiyyəti sadəcə bununla məhdudlaşmır. Xüsusilə bitki əsaslı planktonlar dünyadakı müxtəlif müvazinətlərin təmin edilməsində mühüm faktordur.

Oxumağa davam et

Yarpaqlardakı Qüsursuz Forma: Dəliklər

Kənardan baxdıqda bəzən sadəcə yaşıl bir cisim kimi görünən yarpaqlar üçün son dərəcə əhəmiyyətli formalardan biri olan dəliklər də bu nizamın mühüm hissələrindəndir. Yarpaqların üzərindəki bu mikroskopik dəliklər temperatur və su ötürülməsini təmin etmək və fotosintez üçün lazım olan karbondioksidi atmosferdən almaq vəzifəsini yerinə yetirir. Dəliklər həmçinin lazım gəldikdə açılıb-qapanan quruluşa malikdirlər.

Dəliklərin maraqlı cəhətlərindən biri isə əsasən yarpaqların alt hissəsində yerləşmələridir. Bu sayədə günəş işığının yarpağa mənfi təsirinin azaldılması təmin edilir. Bitkidəki suyu bayıra atan dəliklər əgər yarpaqların üst hissələrində daha çox olsaydılar, çox uzun müddət günəş işığına məruz qalardılar. Bu halda bitkinin istidən ölməməsi üçün dəliklər daxildəki suyu davamlı olaraq kənar edəcək, belə olduqda da bitki həddindən artıq su itkisindən quruyaraq öləcəkdi. Hər şeyi qüsursuz və əksiksiz yaradan Allah bitkilərdə də xüsusi quruluşa malik dəliklər var etmiş, su itkisindən zərər çəkmələrinin bu şəkildə qarşısını almışdır.

Oxumağa davam et

Atmosferin Xüsusi Quruluşu

Nəfəs almaq sizin üçün sadəcə havanı içinizə çəkmək və sonra nəfəs verərək bayıra buraxmaqdan ibarət ola bilər, ancaq əslində bu proses üçün hərtərəfli qüsursuz nizam qurulmuşdur. Belə ki, insanın nəfəs almaq üçün ən kiçik səy göstərməsinə belə ehtiyac yoxdur. Hətta bu mövzu çoxunun ağlına da gəlmir. Hər insan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Çünki həm əhatəsindəki, həm də öz bədənindəki bütün şərtləri Allah rahat nəfəs alacağı şəkildə yaratmışdır.

Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki qazların tarazlığının çox yaxşı nizamlanması şərtdir. Bu tarazlıqda kiçik dəyişikliklərin meydana gəlməsi insanın ölümünə səbəb olan təhlükəli nəticələr doğurar. Onsuz da bu cür çatışmazlıqlar heç vaxt baş verməz. Çünki atmosfer həyat üçün lazımlı son dərəcə xüsusi şərtlər birləşdirilərək nizamlanmış qeyri-adi tərkibdir və qüsursuz işləyir.

Oxumağa davam et