Həyat üçün zəruri olan tarazlıqlar siyahısı

worldYer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Oxumağa davam et

Atmosferdəki ideal nisbətlər

1-31Dünyanın atmosferi həyat üçün vacib olan xüsusi şərtlərin toplanması ilə hazırlanmış müstəsna quruluşa sahibdir. Dünya atmosferi 77% azot, 21% oksigen və 1% nisbətində karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir.

Bu qazların ən əhəmiyyətlisi oksigendir, çünki insanların və heyvanların enerji əldə etmək üçün istifadə etdikləri bir çox kimyəvi reaksiya oksigen sayəsində baş verir. Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin son dərəcə həssas tarazlıqda olması çox maraqlıdır. Dünya şöhrətli elm adamı Maykl Denton bu mövzuya belə diqqət çəkir: Oxumağa davam et