Kainatdakı təməl qüvvələr

kainatin-sirri-bugun-aciklanabilir-8148983_8725_mKainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk subatom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar. Oxumağa davam et

Sonsuz birləşmə qura bilən həyati element: Karbon

Diamond and coal mining

Dövri cədvəldə altıncı yerdə yerləşən karbon, qırmızı nəhəng adlandırılan böyük ulduzlarda hədsiz fövqəladə proses nəticəsində əmələ gəlir. Karbonun bu qədər fövqəladə şəkildə əmələ gəlməsini kəşf edən Fred Hoylun (Fred Hoyle); “fizika qanunları, ulduzlarda yaratdıqları nəticələrə baxılsa, şüurlu şəkildə nizamlanıblar” dediyinə də şahid olmuşduq.(1)

Oxumağa davam et

“Təkamül nəzəriyyəsi bəlkə də gələcəkdə əsaslandırıla bilər” fikri nə üçün doğru deyil?

the-huffington-post-yazari-nidhal-guessoumun-evrim-yanilgilari_591x270Təkamül nəzəriyyəsini müdafiə edən bəzi kütlələr çıxılmaz vəziyyətdə qaldıqda iddia edirlər ki, bugünkü elmi tapıntılar təkamül nəzəriyyəsini dəstəkləməsə də, gələcəkdə təkamülü dəstəkləyən elmi irəliləyişlər olacaq.

Əslində, bu sualla təkamülçülər elm sahəsindəki məğlubiyyətlərini etiraf edirlər. Sualda gizlənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təkamül nəzəriyyəsi müdafiəçiləri kimi müasir elmi tapıntıların bu nəzəriyyənin əsassızlığını sübut etdiyini qəbul edirik. Buna görə də bu mövzunu gələcəyə həvalə etməkdən başqa çarəmiz yoxdur”. Oxumağa davam et

Dünyanın yaşının 4 milyard il olması nə üçün təkamül nəzəriyyəsini dəstəkləmir?

yerTəkamülçülər ssenarilərini təbii təsirlərə və təsadüflərə əsaslandırırlar. Bunu edərkən ən çox arxalandıqları məfhumlardan biri isə uzun zaman məfhumudur. Məsələn, Darvini dəstəkləyən alman elm adamı Ernst Hekel gözlənilərsə, palçıqlı sulardan canlı hüceyrənin çıxa biləcəyini iddia etmişdir. XX əsr ərzində hüceyrənin mürəkkəb quruluşunun müəyyən olunması ilə bu iddianın nə qədər cəfəng olması məlum olmuş, amma təkamülçülər uzun zaman anlayışı ilə gözdən pərdə asmağa davam etmişlər.
Əslində, bu yolla canlıların təsadüflər nəticəsində necə ortaya çıxması sualına cavab vermək əvəzinə mövzunu bir az da çətinləşdirərək problemdən xilas olmağa çalışırlar. Oxumağa davam et