Axirətdəki Peşmançılıq

Dindən uzaq yaşayan insanlar axirətdə dünyada keçirdikləri hər anın peşmançılığını yaşayacaqlar. Çünki onlara dünyada dəfələrlə xəbərdarlıq edilmiş və doğru yol göstərilmişdir. Onlara verilən müddət ərzində düşünə biləcəkləri və doğrunu müəyyən edə biləcəkləri vaxtları çox olmuşdur. Ancaq bu anları həmişə gözardı etmiş, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının sona çatmayacağı hissinə qapılaraq axirəti unutmuşlar. Bu cür insanlar cəhənnəmlə qarşılaşanda artıq geri dönə bilməyəcəklər. Oxumağa davam et