Hz. Mehdinin (ə.s) Gəlişini Göstərən Yüzlərlə Əlaməti Görməməzliyə Vuranlar, Hz. Mehdi (ə.s) İlə Birlikdə Mələklərin Gəldiyini Görsələr Belə İnanmazlar

Axır zamanda hansı hadisələrin baş verəcəyi, hansı vəziyyətlərin ortaya çıxacağı Peyğəmbərimizin (s.ə.v) hədislərində heyrətamiz təfərrüatla xəbər verilmişdir və bu xəbərlərin hamısı bir-bir reallaşmışdır. Peyğəmbərimizin (s.ə.v) bundan 1400 il əvvəl xəbər verdiyi hadisələrin, hal-hazırda tam təsvir etdiyi şəkildə reallaşması, Allahın Peyğəmbərimizə (s.ə.v.) lütf etdiyi möcüzədir. Hicri təqvimlə 1400-cü ildən etibarən, son 30 ildə Peyğəmbərimizinin (s.ə.v.) bildirdiyi 150-dən çox hadisənin hər biri baş vermiş, yəni Peyğəmbərimizin (s.ə.v.) 150-dən çox möcüzəsi, Allahın lütfüylə, reallaşmışdır.

Peyğəmbərimizin (s.ə.v.) bu möcüzələrini ixtisarla qeyd etsək: tam Özünün dediyi şəkildə hicri təqvimlə 1400-cü ilin başlaması ilə birlikdə Fərat çayının suyu kəsilmiş, İran-İraq Müharibəsi baş vermiş, Kəbədə qanlı basqın olmuş, Ramazan ayında 15 gün fasilə ilə Ay və Günəş tutulmaları olmuş, Əfqanıstan işğal edilmiş, Oxumağa davam et

1979-cu İldən 2006-cı İlə Qədər Olan Dövrdə Olan Qiyamət Əlamətləri

QİYAMƏT vaxtı, dünya həyatının son günü olmaqla birlikdə axirətdəki sonsuz həyatın da başlanğıcı olacaq. Qiyamət günü yaşanacaq bir-birindən dəhşətli hadisələr zamanı, Allahın qüdrəti bütün insanlar tərəfindən idrak ediləcək.

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) qiyamətdən əvvəl baş verəcək  əlamətləri 1400 il bundan əvvəl hədislərdə ətraflı olaraq təsvir etmişdir. Hədislərə görə müharibələr, hərcmərclik, yoxsulluq, cinsi degenerasiya, təbii fəlakətlər sıxlaşacaq, insanlar gözəl əxlaqdan uzaqlaşacaq, saxta peyğəmbərlər ortaya çıxacaq. Bütün bunlardan sonra, Allah Hz. Mehdi vasitəsi ilə İslam əxlaqını bütün dünyaya hakim edəcək.

Peyğəmbərimiz (s.ə.v)in hədislərində qeyd edilən  bu məlumatların həqiqi olmasını bizə göstərən ən əhəmiyyətli dəlil, bu hadisələrin vaxtı gələndə tam təsvir edildiyi kimi və bir-birinin ardınca baş verməsidir. Hədislərdə bildirilən çox sayda əlamət, 1979-cu ildən 2006-cı ilə qədər  bir-birinin ardınca baş vermişdir. Oxumağa davam et