Hz. Süleyman, Hz. Zülkarneyn Və Hz. Mehdi… Bu Üç Müqəddəs Şəxsin Axır Zamanı İşıqlandıran Bənzərlikləri

Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.), Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyaya hakim etmək üçün ciddi  səy göstərən və bu səylərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə alan iki mübarək şəxsdir. Hz. Süleyman və Hz. Zülkarneyn dövründəki dünya hakimiyyətindən əlavə bu iki dövrün ortaq cəhəti var. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrlərdə yaşanan dünya hakimiyyəti ilə Hz. Mehdi dövründə yaşanacaq hakimiyyətin bənzərlikləri olacağına diqqət çəkilərək müsəlmanlara böyük müjdə verilir.

Hz. Süleyman (ə.s.), Hz. Nuhun (ə.s.) nəslindən gələn, Allah Qatından ona hidayət və yüksək elm verilən mübarək  peyğəmbərdir. Allah, Hz. Süleymanı (ə.s.) atası Hz. Davud (ə.s.) kimi İsrail oğullarına peyğəmbər olaraq göndərmişdir. Onu böyük səltənət, zənginlik, cinlər və quşlarla dəstəkləmiş və ona çox güclü ordular və üstün elmlər lütf etmişdir. Həyatı boyunca yaşadığı torpaqlarda ədalətlə hökm etmiş, yüksək idarəçilik və hakimlik xüsusiyyəti ilə fərqli birlikləri hakimiyyəti altına almışdır. Oxumağa davam et