Kiçik əlkimya mərkəzi: Günəş

news_1-4k-gunes-videosu-sdn-populer-bilim-2015Bildiyimiz kimi helium-karbon çevrilməsi, qırmızı nəhənglərin əlkimyasıdır. Bizim Günəşimiz kimi daha kiçik ulduzlarda isə, daha kiçik bir əlkimya əməliyyatı baş verir. Başda da ifadə etdiyimiz kimi, Günəş, hidrogen atomlarını heliuma çevirir və sahib olduğu enerjini də bu nüvə reaksiyasından əldə edir.

Günəşdəki bu nüvə reaksiyası da, yaşamağımız üçün ən azı qırmızı nəhənglərdəki reaksiya qədər zəruridir. Üstəlik, Günəşdəki nüvə reaksiyası da, qırmızı nəhənglərdəki qədər “tənzimlənmiş bir iş”dir. Oxumağa davam et

Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. Oxumağa davam et

Hz. Mehdinin (ə.) Çıxış Əlamətlərindən: Ramazan Ayında Ay və Günəş Tutulmaları

“Hz. Mehdi (ə.) üçün 2 əlamət var: … Bunun 1-si, Ramazanın birinci gecəsi Ayın, 2-ci isə ortasında Günəşin tutulmasıdır.” (Əl-Kavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 47)

“Hz. Mehdinin (ə.) çıxışından əvvəl Ramazan ayı içində Günəş iki dəfə tutulacaq.” (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 440)

“… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması…”(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)

“Hz. Mehdinin (ə.) gəlişi Ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq.” (Qiyamət Əlamətləri, s. 200)

Oxumağa davam et

Müsəlmanlar və Elm

İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) Oxumağa davam et