Hüceyrədəki bənzərsiz hasilat: zülal sintezi

imagesCanlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.

Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.

Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Oxumağa davam et

Atmosferin Xüsusi Quruluşu

Nəfəs almaq sizin üçün sadəcə havanı içinizə çəkmək və sonra nəfəs verərək bayıra buraxmaqdan ibarət ola bilər, ancaq əslində bu proses üçün hərtərəfli qüsursuz nizam qurulmuşdur. Belə ki, insanın nəfəs almaq üçün ən kiçik səy göstərməsinə belə ehtiyac yoxdur. Hətta bu mövzu çoxunun ağlına da gəlmir. Hər insan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Çünki həm əhatəsindəki, həm də öz bədənindəki bütün şərtləri Allah rahat nəfəs alacağı şəkildə yaratmışdır.

Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki qazların tarazlığının çox yaxşı nizamlanması şərtdir. Bu tarazlıqda kiçik dəyişikliklərin meydana gəlməsi insanın ölümünə səbəb olan təhlükəli nəticələr doğurar. Onsuz da bu cür çatışmazlıqlar heç vaxt baş verməz. Çünki atmosfer həyat üçün lazımlı son dərəcə xüsusi şərtlər birləşdirilərək nizamlanmış qeyri-adi tərkibdir və qüsursuz işləyir.

Oxumağa davam et