Dənizin dərinliklərində çətin şəraitdə yaşayan canlıların taktikaları

sakalyosunuXXI əsrdə dünyada kəşf ediləcək çox az təfərrüatın qaldığını düşünə bilərsiniz. Ancaq dənizlərin dərinlikləri hələ də müəmmasını qoruyur. Təqribən, 4 km dərinliyə malik okeanlar yerin 70%-ini tutur. Ona görə, dənizlərin dərinliyi bütün təbii mühitlər arasında ən geniş və ən çətin şəraitli yerlərdir. Ancaq Rəbbimizin rəhməti olaraq çox soyuq, tamamilə qaranlıq, əsasən, oksigen çatışmazlığı olan və səthdəkindən 1000 dəfə artıq təzyiqə malik dənizlərin dərinliyi bir çox canlı növünün sığınacağıdır. Oxumağa davam et

Hüceyrədəki bənzərsiz hasilat: zülal sintezi

imagesCanlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.

Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.

Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Oxumağa davam et

Bakteriyalar Danışır!

Bakteriyalar canlılar aləmində çox sürətlə çoxalan canlı qrupunu təşkil edirlər. Yeni formaya düşür və dəqiqələr ərzində sayları milyardlara çata bilir. Bu canlılar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmənlərini və ya qidalarını “görmək” üçün SONARa bənzər sistemlərdən və ya danışma şarlarından istifadə etmələri bu mürəkkəb mexanizmlərdən ancaq bəzisidir.

Bakteriylar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etəkdə çox böyük əhəmiyyət daşıyan canlı qrupunu təşkil edirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, ona görə də sayları hər hansı bir orqanizm növündən daha çoxdur. Bu səbəbdən bu canlılar dünyanın ən çoxsaylı canlıları hesab edilirlər. İnsan həyatına çox şəkildə təsir edən bakteriyalar olduqca təkmilləşmiş rabitə sistemlərindən istifadə edərək bir-birlərilə əlaqə qururlar.Paket yollayaraq ünsiyyət qurma Oxumağa davam et

Öz-özünü Təmir Edə Bilən Tək Orqan: Qaraciyər

500 müxtəlif əməliyyatı eyni anda reallaşdıra bilən qaraciyər hüceyrələri, enerji üçün ehtiyac duyduqları şəkər olmadıqda hansı üsula müraciət edirlər?

İnsan bədəni tamamilə ayrı bir “aləm”, sanki tamamilə başqa bir “şəhərdir”. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, yetkin infrastruktur, ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, heyrətamiz şəkildə şüur nümayiş etdirən, öz peşəsində ixtisaslaşmış işçilər (hüceyrələr, hormonlar, vəzilər), tam təchizatlı əsgərlər və daha nələr mövcuddur. Üstəlik bu “aləm” yalnız sizin bədəninizin içində deyil. Ətrafınızda gördüyünüz hər bir insan – ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından keçdiyiniz insanlar, televiziyada izlədiyiniz insanlar, bir sözlə yer üzündə bu an yaşamaqda olan milyardlarla insan, bu möcüzəvi “aləm”ə malikdir. Bu qüsursuz yaradılmış aləm içində Uca Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və onlarla orqan yaratmışdır. Sağlam bir bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir. Oxumağa davam et