Həyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır. Oxumağa davam et
bedenimiz
Molekulların Hiss Edilməyən Bombardmanı
Bədənimiz və bütün kainat molekullardan meydana gəlmişdir. Bu molekullar çox böyük sürətlə hərəkət edirl Boşluqda hərəkət edən molekulların sürəti saniyədə 1000 metri keçir. Bu, tapançadan atılan güllənin sürətinə bərabərdir. Hal-hazırda olduğunuz otaqdakı molekulların sürəti isə saniyədə 500 metrdir. Bu halda üzümüzə, gözlərimizə, bir sözlə bütün bədənimizə böyük sürətlə fasiləsiz olaraq dəyən daimi molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu bombardmanın bizə ağrı verməsi lazımdır. Çünki aparılan hesablamalar molekulların məsələn, yalnız gözümüzə dəyməsi ilə 1 kq-lıq kütlənin ağırlığına ekvivalent bir qüvvə yarandığını göstərir. Halbuki, biz heç bir şey hiss etmədən gündəlik həyatımıza rahatlıqla davam edirik. Hətta ətrafımızda yaranan molekulların bu sürətli hərəkətlərindən xəbərimiz belə yoxdur. Çünki Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaratmışdır. Oxumağa davam et