Ədalət bütün insanlar arasında, dil, irq, etnik mənşə nəzərə alınmadan bərabər tətbiq edilməlidir

adalet (1)

Dünyada baş verən hadisələri təhlil etdikdə ədalətin yer, zaman və şəxslərə görə fərqli şəkildə tətbiq olunduğuna şahid oluruq. Məsələn, bəzi ölkələrdə insanların dərisinin rəngi ədaləti tətbiq edən insanların qərarına təsir edir. Ağdərili insanla qaradərili insan eyni vəziyyətdə olduqda onlar haqqında ədalətlə hökm verilmir. Bəzi ölkələrdə irq çox böyük əhəmiyyət daşıyır. Keçən əsrdə Hitlerin ari irqi digər irqlərdən üstün görüb milyonlarla insanı məhz irqinə görə məhv etmək istəməsi buna nümunədir. Dövrümüzdə də milliyyətinə, dərisinin rənginə görə zalım, ədalətsiz rəftarla qarşılaşan insanlar var. ABŞ-da və Cənubi Afrikada illərlə qaradərili irqlə ikinci sinif insan kimi rəftar edilmiş, çoxlu sayda Asiya və Afrika ölkəsində məhz irq fərqinə görə şiddətli münaqişələr baş vermişdir.

Oxumağa davam et

İslamda söz azadlığı və demokratiya

genITprofSöz və fikir azadlığı müasir konstitusiyalı demokratiyanın labüd şərti və insan hüququdur. Millətindən, irqindən və dinindən asılı olmayaraq, bütün insanlar üçün ən əsas hüquqlardan biri olan söz və fikir azadlığı hüquqi cəhətdən qorunmalıdır.

Cəmiyyətin fərdlərinin azad olması üçün fikirlərini və hisslərini ifadə etməkdə tam mənada azad olmalıdırlar. Demokratiyanın hakim olduğu ölkələrdə insanlar bu hüquqlara malikdir və fikirlərini açıq ifadə edə bilirlər. Oxumağa davam et