Maddənin Həqiqi Mahiyyəti – 2

Beynimizin İçində Yaranan “Xarici Dünya”

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz nəticəyə gətirir: gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən bir insan meyvənin əslini deyil, beyinindəki kopiyasını hiss edir. Bir insanın “meyvə” deyə adlandırdığı şey, meyvənin ölçüsü, dadı, qoxusu və yumşaqlığına aid elektrik sinallarından ibarət informasiyanın beyində qavranılmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də o anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə gedən sinirlərdə meydana gələn hər hansı qüsur qoxu hissinizi tamamilə ortadan qaldırar. Çünki, meyvə bir sıra elektrik siqnallarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.

Uzaqlıq hissi də düşünülməsi vacib olan digər məsələlərdən biridir. Əlinizdə bir kitabın olduğunu düşünək. Uzaqlıq deyəndə bu kitabla aranızdakı məsafə nəzərdə tutulur və bu beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda hesab etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və bunların milyonlarla işıq ili uzaqda olduqlarını hesab edir. Halbuki ulduzlar onun içində, beyinindəki görüntü mərkəzindədir. Bu yazıları oxuyarkən içində olduğunu hesab etdiyiniz otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın ki, bədəniniz də beyninizdə yaranan görünütüdür. Oxumağa davam et