İnsan bədəni robot olsaydı…

robot-poet-vanichiHəyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allah`ın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allah`dır.

Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. (İnfitar surəsi, 6-7) Oxumağa davam et

Bədənimizdəki İdarə Mərkəzi: Beyin

Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beyin hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içərisində üzməsidir.

Beynimizin Suyun İçində Üzdüyünü Bilirdinizmi?

Hiss etmək, hərəkət etmək, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə çalışan sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən dəstək hüceyrələri və qan damarlarından meydana gəlir.

Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə ilə təmas etsəydi öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiq meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 kq-dan 50 q-a qədər azalır. Yəni, beyində ağırlığı otuz dəfə azaldan sistem var. Bu sistem belə çalışır: Oxumağa davam et