Sizin hər dəqiqənizi, bütün şəxsi həyatınızı 24 saat izləməyi qarşısına məqsəd qoymuş bir-biri ilə bağlı beş ayrı “göz” var… Oxumağa davam et
beyin
İnsan bədəni robot olsaydı…
Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allah`ın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allah`dır.
Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya saldı. (İnfitar surəsi, 6-7) Oxumağa davam et
İnsan Bədəni Robot Olsaydı…
Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allahın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Oxumağa davam et
Materialistlərə suallar
İnsanların düşüncələrinin, mühakimə bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının beyinlərindəki neyronların bir-biri ilə qarşılıqlı təsiri olduğunu irəli sürmək çox məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Leşli insan şüurunu maddəyə sadələşdirməyin mümkünlüyünü uzun illər müdafiə etdiyinə baxmayaraq, karyerasının sonlarında bu fikri söyləmişdir:
Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələləri ilə məşğul olan nevroloqlar üçün hələ də problemdir… Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir? Oxumağa davam et
İnsan Ağlının Təkamül Keçirdiyi İddiası Cəfəngiyyatdır
İnsanın digər canlılarla bioloji cəhətdən bənzərlikləri olsa da, sivilizasiya qurmuş bir varlıq kimi tayı-bərabəri yoxdur. Universitetlər, xəstəxanalar, fabriklər inşa etmiş, dövlətlər qurmuş, musiqilər bəstələmiş, olimpiadalar təşkil etmiş, kosmosa qalxmış insan bütün bunları ağlı ilə bacarmışdır. Təkamülçülər insanın ən yaxın qohumu qəbul etdikləri şimpanze ilə ayrıldıqdan sonra ağlının təkamül keçirdiyini iddia edirlər. Ağılın “təkamülü”ndə baş verən sıçrayışları isə beyində meydana gələn təsadüfi dəyişikliklərlə və alət düzəltmə bacarığının təkmilləşməsi ilə əlaqələndirirlər. Bu iddialarını sənədli televiziya filmlərində tez-tez göstərir və əvvəlcə daşdan bıçaq, sonra da mizraq düzəltməyi öyrənən fantastik meymun adamların hekayələrini danışırlar. Ancaq bu təbliğat əsassızdır. Oxumağa davam et
Beyinin insan davranışlarını istiqamətləndirən hissəsi: beyinin ön payı
Bir insan hərəkətlərini istiqamətləndirən qərarlar verərkən, bunu bir robot kimi məntiq qaydalarına əsasən etməz. Vicdanını dinləyər, hisslərini də buna əlavə edər. Elmi araşdırmalar beyinin ön payında mövcud olan “ventromedial prefrontal korteks” adlı hissənin bu qərarları verməsində əsas rol oynadığını müəyyənləşdirmişdir.
• Bəs beyinin bu hissəsinin olmaması insanı hansı mənfi davranışlara sürükləyə bilər?
• Uca Allah Quran ayələrində beyinin bu hissəsi ilə əlaqədar nələrə diqqət çəkmişdir? Oxumağa davam et
Maye İçində Üzən Beynimiz
Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beynimiz hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içində üzməsidir.
Hiss etmə, hərəkət etmə, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə, beyin hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə fəaliyyət göstərən sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən köməkçi hüceyrələr və qan damarlarından ibarətdir. Oxumağa davam et
Bədənimizdəki İdarə Mərkəzi: Beyin
Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beyin hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içərisində üzməsidir.
Beynimizin Suyun İçində Üzdüyünü Bilirdinizmi?
Hiss etmək, hərəkət etmək, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə çalışan sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən dəstək hüceyrələri və qan damarlarından meydana gəlir.
Beynin çəkisi təxminən 1,5 kq-dır. Əgər beyin mayenin içində olmasaydı və birbaşa kəllə ilə təmas etsəydi öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə təzyiq meydana gəlməsinə səbəb olub ölümlə nəticələnə bilərdi. Ancaq bu cür problemlə xəstəlik halları istisna olmaqla qarşılaşmırıq. Çünki beynimizin öz ağırlığı üzdüyü mayenin içində olarkən 1400 kq-dan 50 q-a qədər azalır. Yəni, beyində ağırlığı otuz dəfə azaldan sistem var. Bu sistem belə çalışır: Oxumağa davam et
Zəka və Ağıl Arasındakı Fərq Nədir?
Zəka, ən çox tanınan mənada insanın düşünmə, həqiqətləri hiss etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının cəmidir. İlk dəfə qarşılaşılan və ani şəkildə əmələ gələn hadisələrə uyğunlaşma, anlama, öyrənmə, təhlil etmə bacarığı, beş hissin, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət verilməsi zəka vasitəsilə həyata keçirilir. Zəkanın fərqli təriflərinin olmasına baxmayaraq, zəkaya aid nəzəriyyələrin hamısında zəkanın hamısında zəkanın insanın anadangəlmə malik olduğu, adətən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından ibarət öyrənmə və ətraf təsirlərlə formalaşan məfhum olduğu bildirilir. Oxumağa davam et
Zamansızlıq və Qədər Gerçəyi
ZAMAN NƏDİR?
Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.
Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. Oxumağa davam et
Əmr Mərkəzi: Beyin
İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobili sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilirik. Bir çox işi eyni anda yerinə yetirməyimizə baxmayaraq qarşımızdakı avtomobillər və ya piyadalarla toqquşmuruq. Eyni anda ayaqlarımız ilə qaz pedalını idarə edirik. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayırıq. Söhbətə qaldığımız yerdən davam edir və ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edirik. Qısaca desək, insan Oxumağa davam et
Maddənin Həqiqi Mahiyyəti – 1
OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.
Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?
Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.
Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. Oxumağa davam et