Maye İçində Üzən Beynimiz

Həm həssas quruluşu, həm də çox əhəmiyyətli funksiyaları olan beynimiz hərtərəfli müdafiə edilmişdir. Bunlardan ən maraqlısı beynimizin maye içində üzməsidir.

Hiss etmə, hərəkət etmə, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin döyünməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Bundan əlavə, beyin hormon sintez edərək bədənin ehtiyaclarını tənzimləyir. Çox həssas sistemə sahib olan bu orqanımız elektrik siqnalları ilə fəaliyyət göstərən sinir hüceyrələri, bunları nizamlayan və qidalanmalarına kömək edən köməkçi hüceyrələr və qan damarlarından ibarətdir. Oxumağa davam et