Həşəratların üstün dizaynı

k989f3i7Milyonlarla həşərat növünü bir-bir təhlil etsək, hər birinin fərqli quruluşda olduğunu görərik. Təkcə qanadlarına görə bir-birindən fərqlənən bir çox həşərat növü var. Məsələn, kəpənəyin qanadları ilə milçəyin qanadları tamamilə fərqli quruluşdadır. Eyni şəkildə, iynəcə ilə çəyirtkə, tarakanla qarışqa, arı ilə birə kimi çox fərqli quruluşlara malik, hələ tam sayı müəyyən edilməmiş milyonlarla həşərat var. Həşəratların hər birinin xüsusiyyətlərini burada bir-bir təhlil edə bilmərik, ancaq quruluşlarındakı bəzi ortaq dizaynları təhlil edə bilərik. Oxumağa davam et

Kəpənəklərin Heyranedici Xüsusiyyətləri

Şəkildə görünən kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi nəzərdən keçirin. Belə qüsursuz estetika, ən kiçik səhvə yol verilməmiş simmetriya, cəlbedici rənglər və naxışlar qarşısında mütləq heyran qalacaqsınız. İndi də bir parça haqqında düşünün. Bu kəpənək naxışlarından ilham alınaraq toxunmuş, olduqca estetik və keyfiyyətli parça. Belə bir parçanı mağazanın vitrinində gördükdə nə düşünərsiniz? Şübhəsiz, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarından nümunə götürən bir sənətkarın varlığı ağlınıza gələr və onun sənətini bəyənib qiymətləndirərsiniz. Elə isə bu həqiqəti də təqdir etməlisiniz: heyran olduğunuz bu sənət kəpənəklərdən nümunə götürərək parçanın naxışını çəkənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz yaratmış Allaha aiddir.

Kəpənəklərin rəngli və müxtəlif naxışlara malik qanadları Allahın rəng sənətinin ehtişamlı təzahürüdür. Necə ki, bir parça naxışı öz-özünə, təsadüfən ortaya çıxa bilməz, Oxumağa davam et