Əslində böyük partlayışın sürəti, kainatın ilk anında yaranan ədədi tarazlıqların yalnız bir nümunəsidir. Böyük partlayışdan sonra, hazırda içində yaşadığımız kainatın quruluşunu müəyyən edən “ölçülər” ortaya çıxarmışdır və bunlar üçün tam lazımi qiymətlər müəyyənləşdirilmişdir. Oxumağa davam et
biologiya
Əksəriyyətin təkamül nəzəriyyəsinə inanması Darvinizmin doğru olduğunu göstərmir
Darvinistlər: “Təkamül nəzəriyyəsi elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir”, – deyə yalan təbliğat aparırlar. Başqa sözlə, təkamülçülər insanlara onlarla həmfikir olan çoxlu elm adamlarının olduğunu və əksəriyyətin həmişə haqlı olduğunu təlqin edirlər. “Bu qədər insan təkamül nəzəriyyəsini müdafiə etdiyinə, universitetlərdə təkamülə inananlar əksəriyyət təşkil etdiyinə görə nəzəriyyə doğrudur” kimi həqiqəti əks etdirməyən məntiqlə cəmiyyətdə psixoloji təsir meydana gətirməyə çalışırlar. Müsəlmanlar bu yalan təlqinlərdən təsirlənməməli və darvinistlərin yalanlarına aldanmamalıdırlar. Oxumağa davam et
Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır. Oxumağa davam et
Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?
Bəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər… Oxumağa davam et
Hekkelin rüşeym rəsmləri saxtakarlıqdır
Ernst Hekkel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekkel bu rəsmlərə əsaslanaraq həmin canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.
Amma, əslində, məsələ başqa cür idi. Hekkel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.
Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Oxumağa davam et
“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər
Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.
Bəs bu canlılar necə meydana çıxıblar?
Bu sual üzərində ağlını istifadə edərək düşünən hər kəs bütün canlıların qüsursuz yaradıldıqlarını anlayacaqdır. Hər bir dizayn onu quran dizaynerin varlığını göstərir. Canlılar da kainatdakı digər bütün dizayn nümunələri kimi Allahın varlığını sübut edir.
Kainata Xaos Hakimdir, Yoxsa Nizam?
Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.
Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.
Əslində isə aparılan hər yeni araşdırma, Oxumağa davam et
Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.
Ancaq bir çox insan, Oxumağa davam et
Mükəmməl Uçma Mexanizmləri: Iynəcələr
Uçuşu hansı sürətdə və hansı istiqamətdə olsa da, iynəcələr ani surətdə dayanıb tərs istiqamətə doğru uçmağa başlayacaq qədər qüsursuz uçma bacarığına malikdirlər. Bundan başqa, havada sabit dayanıb ovuna hücum etmək üçün uyğun mövqe tuta bilirlər. Həmçinin bu vəziyyətdə ikən olduğu yerdə cəld dönərək ovuna yönələ bilir. Bunlar iynəcələrin dövrümüzün qabaqcıl texnologiyasının məhsulu olan vertolyotlara ilham mənbəyi olan manevr qabiliyyətlərindən bir neçəsidir.
Iynəcənin bədəni metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən bordo rənginə (tünd qırmızı) qədər müxtəlif rənglərə malik olan iynəcənin belində biri qabaqda, digəri arxada olmaqla iki cür qanad var. Qanadlar əks zamanlı işləyir. Yəni Oxumağa davam et
Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi
Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.
Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. Oxumağa davam et
Meymun və İnsan Geninin Oxşarlığı Təkamül Nəzəriyyəsinin Sübutu Deyil
Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğundan, insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.
99% oxşarlıq iddiası insanları çaşdırmaq niyyəti güdən təbliğatdır.
Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası aldatmaq məqsədilə edilir.
İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə edilməli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə hələ bu cür tədqiqat aparılmamışdır. Oxumağa davam et