Darvinin təkamül nəzəriyyəsi Marks və Engelsin nəzəriyyəsini də əhatə edir. Bunu söyləmək mümkündür, çünki kommunizm də “təkamül nəzəriyyəsi”dir, daha doğrusu təkamül nəzəriyyəsinin tarixə və sosial elmlərə uyğunlaşdırılmasıdır. Bu gerçək 20-ci əsrin əvvəllərində qabaqcıl darvinist-marksist mütəfəkkirlərdən biri olan Anton Pannekukun (Anton Pannekoek) qələmə aldığı Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabda belə ümumiləşdirilir:
Marksizmin və eyni zamanda darvinizmin elmi əhəmiyyəti ondadır ki, onların hər ikisi də təkamül nəzəriyyəsini izləyir. Biri bunu orqanik dünyada– canlılar üzərində etmiş, digəri isə cəmiyyət miqyasında reallaşdırmışdır… Həm Darvinin, həm də Marksın təlimləri, yəni təbiət elmləri sahəsində və insan cəmiyyətləri sahəsində inkişaf edən bu iki təlim, təkamül nəzəriyyəsini müsbət elmə çevirmişdir. Bunu etməklə, təkamül nəzəriyyəsini ictimai və bioloji inkişafın təməl anlayışı olaraq kütlələrə tanıtmışlar. (1) Oxumağa davam et