İstər Biomimetika, istərsə də biomimikri təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsəd qoyan yeni elm sahələridir.
Biomimetika, insanların təbiətdə olan sistemləri təqlid edərək düzəltdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin hamısını ifadə edən bir termindir. Təbiətdəki dizaynları nümunə götürülərək düzəldilən alətlərə, xüsusilə nanotexnologiya, robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat kimi sahələrdə istifadə üçün ehtiyac duyulur.
Biomimetika ilk dəfə montanalı bir yazar və elm tədqiqatçısı olan Janine M. Benyus tərəfindən ortaya atılmış bir anlayışdır. Azərbaycanca mənası “biotəqlid” olan bu anlayışını daha sonra bir çoxları şərh etmiş və tətbiq etməyə başlanmışdır. Biomimikri haqqında söylənilən şərhlərdən biri belədir:
Biomimikrinin əsas təması təbiətdən model, ölçü və ağıl olaraq öyrənəcək çox şeyimiz olduğudur. Bu tədqiqatçıların ortaq nöqtəsi təbiətdəki dizayna hörmət göstərmələri və insanların qarşılaşdıqları problemlərin həllində bunları istifadə edərək ilham almalarıdır. (2)
Məhsul keyfiyyətini və səmərəsini artırmada təbiətdən faydalanan şirkətlərdən biri olan Interfacenin məhsul stratejisti David Oakley də biotəqlid mövzusunda bunları söyləyir :
Oxumağa davam et