Fotosintez, hər kəsin orta məktəb və yuxarı sinif dərslərində öyrəndiyi kimyəvi əməliyyatdır. Lakin bəzən insanlar dərsliklər arasına sığışmış bu mövzunun bizim həyatımız üçün nə qədər mühüm əhəmiyyət daşıdığını görə bilmir. Oxumağa davam et
bitkiler
Bitki rənglərindəki sənət
- Ətrafınızdakı çiçəklərin nə üçün bu qədər müxtəlif rəngləri olduğunu heç düşünmüsünüzmü?
- Bitkilərin yarpaqları nə üçün yaşıldır?
- Metrlərlə hündürlüyü olan ağacların ən ucdakı budaqları belə yaşıl rəngini necə qoruyur?
Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Şübhəsiz ki, bu xüsusiyyət Allah`ın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. Hamısının çoxalma forması fərqlidir, tərkiblərindəki nektarın miqdarı, qoxuları da fərqlənir. Gülləri düşünək. Qırmızı, ağ, sarı, narıncı, çəhrayı, kənarları ağ, əlvan rəngli, hətta bir-birinə keçid edən rəngləri olan növbənöv çiçəklər var. Sözsüz ki, bunları görən insanın heyran olmaması, çiçəkləri yaradan uca Allah`ın sonsuz qüdrətini qavramaması korluqdur. Allah Quranda gördüyü yaradılış dəlillərini təqdir edə bilməyən insanlar haqqında belə buyurur:
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üz çevirib keçirlər. Onların əksəriyyəti ancaq şərik qoşaraq Allah`a inanarlar. (Yusif surəsi, 105-106) Oxumağa davam et
Qarışqa Otelləri
Bir canlı başqa bir canlıya kömək edirsə, onun rahat olacağı mühiti hazırlayaraq ehtiyaclarını ödəyirsə, bu birliyin təsadüfən əmələ gəlməsi, əlbəttəki iddia edilə bilməz. Şüuru olmayan canlıların bir-birinə yaxınlıq göstərmələri, bir-birlərinə fayda qazandıracaq şəkildə davranmaları bu canlılardakı üstün yaradılışı sübut edir. Birlikdə yaşayan canlılar bir Yaradan, yəni Allah tərəfindən bir-birlərinə uyğun şəkildəki xüsusiyyətlərlə yaradılmışlar. Bu cür canlılara ən bariz nümunlərdən biri kimi bitkiləri və qarışqaları göstərmək olar.
Bəzi bitkilərdə Oxumağa davam et
Yaradılış Dəlilləri
Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.
Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? Oxumağa davam et