Şimal yarımkürəsində qış mövsümünün özünü hiss etdirməyə başladığı bir dövrdəyik. İnsanların bir çoxu qış tətili üçün plan qurmağa başlayıb. Bəziləri xizək mərkəzində, bəziləri göl kənarında dincəlməyi planlaşdırır. Ailəsinin, qohum-əqrəbasının yanına getməyi və ya sevdikləri ilə bir evdə toplaşmağı düşünənlər də var. Ancaq bu planların heç də hesabda olmayan hadisələrə görə axsaması mümkündür. Məsələn;
Xizək mərkəzindəki ilk gündə ayağınız sına bilər.
Qayıqla gəzərkən gölün soyuq suyuna düşüb soyuqlaya bilərsiniz.
Ailənizin yanına gedib gözəl vaxt keçirəcəyinizi fikirləşərkən yol qəzası keçirib günlərlə onlardan uzaq qala bilərsiniz.
Kiçik bir diqqətsizlikdən yeməyin yanması və o gecə verəcəyiniz dəvətin ləğv olunması da ehtimallar daxilindədir. Oxumağa davam et