Əslində böyük partlayışın sürəti, kainatın ilk anında yaranan ədədi tarazlıqların yalnız bir nümunəsidir. Böyük partlayışdan sonra, hazırda içində yaşadığımız kainatın quruluşunu müəyyən edən “ölçülər” ortaya çıxarmışdır və bunlar üçün tam lazımi qiymətlər müəyyənləşdirilmişdir. Oxumağa davam et
Böyük Partlayış
Kainatdakı təməl qüvvələr
Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk subatom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar. Oxumağa davam et
Əlkimya mərkəzləri: Qırmızı nəhənglər
Elementləri bir-birinə döndərmək üçün lazım olan istilik, təxminən 10 milyon dərəcədir. Bundan ötrü də, əlkimya əməliyyatı sözün əsl mənasında təkcə ulduzlarda baş verər. Bizim Günəşimiz kimi, orta böyüklükdəki ulduzlarda fasiləsiz şəkildə hidrogen heliuma çevrilir və beləliklə də, yüksək enerji ortaya çıxır. Oxumağa davam et
Böyük Partlayışın surəti və tarazlıq
Kainatın partlayış sürəti inanılmaz dərəcədə həssas tarazlıqla müəyyənləşdirilmişdir. Bundan ötrü də, böyük partlayış hər hansı partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və nizamlanmış bir formalaşmadır.
(Fizika professoru Pol Devis (Paul Davies))(1)
Əvvəlki başlıqda kainatın Big Bangla, yəni nəhəng bir partlayışla yoxdan yaradıldığını araşdırdıq. İndi bu məlumatı yadda saxlayaraq düşünək və kainatın hazırkı quruluşunu nəzərdən keçirərək ağlımızı işlədək.
Həyata imkanı verən kainatın təsadüfən yaranma ehtimalı
Kainatın böyük partlayışdan dərhal sonra müəyyənləşdirilən ədədi tarazlıqların, insan həyatı üçün fövqəladə şəkildə uyğun olduğunu göstərir. Partlayış sürəti, dörd əsas qüvvənin qiymətləri və sonrakı hissələrdə araşdıracağımız bütün digər dəyişənlər, yaşanıla biləcək bir kainatın yaranması üçün münasibdir və bu münasiblik, görünməmiş həssaslıqla müəyyənləşdirilmişdir. Bu məqamda materializmin “təsadüf” iddiasını ələ alaq. Təsadüf riyazi bir termindir və bir şeyin təsadüfən gerçəkləşib-gerçəkləşməyəcəyi ehtimal hesablamalarıyla başa düşülür. Biz də ehtimal hesablamalarına nəzər salaq.
Böyük partlayışdan sonra elementlərin yaradılışı
“Əgər təbiətin dərinliklərində baş verən işlərin mürəkkəbliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətin başa düşülürsə, bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?”
(Fizika professoru Pol Devis (Paul Davies)) (1)
Böyük partlayış elm adamlarının hesablamalarına görə dövrümüzdən təxminən 13.7 milyard il əvvəl baş verdi. Hal-hazırda kainatı meydana gətirən bütün maddələr, əvvəlki hissələrdə araşdırdığımız kimi; “yoxdan yaradıldı” və fövqəladə tarazlıq içində müəyyən forma aldı. Lakin böyük partlayışdan sonra yaranan kainat, hal-hazırda yaşadığımız kainatdan olduqca fərqli bir yer ola bilərdi.
Böyük partlayış nəzəriyyəsinin qələbəsi
1948-ci ildə Corc Qamov, (George Gamow) Corc Lemetrin (Georges Lemaître) hesablama işlərini genişləndirdi və böyük partlayışa bağlı olaraq yeni bir tezis irəli sürdü. Bu tezisə görə, kainat böyük partlayış nəticəsində meydana gəlibdirsə, kainatda bu partlayışdan gəlib çıxan müəyyən miqdarda radiasiya qalığı olmalıydı. Həmçinin bu radiasiya qalığı kainatın hər yerində bərabər miqdarda olmalıydı.
Qurani-Kərimdə kainatın yaradılışı
Qurandakı işarələr
Böyük partlayış modeli, insanların kainatı tanımasına kömək etməklə yanaşı, çox mühüm bir funksiya daha gerçəkləşdirmişdir. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz, əvvəllər ateist olan lakin sonradan yaradılışı qəbul edən tanınmış filosof Antoni Flyunun (Anthony Flew) ifadəsiylə, böyük partlayışla birlikdə; “elm, dini mənbələr tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir”.
Bu həqiqət, kainatın yoxdan yaradıldığı həqiqətidir. Bu, elmin kəşfindən minlərlə il əvvəl, Allahın insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablarda bildirilmişdir.
Bütün ilahi mənbələrdə arasında təhrif olunmamış yeganə kitab olan Quranda isə, həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması mövzusunda məlumatlar verilir. Bundan 14 əsr əvvəl vəhy olunmuş bu məlumatlar, XX əsr elminin tapıntılarıyla tam şəkildə üst-üstə düşür. Oxumağa davam et
Allahın Kainatı Yaratmasının Elmi Sübutu: Big Bang
İnsanlar yüzillərdir ki, «kainat necə yaranıb?» sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model ortaya atılıb. Lakin biraz araşdıranda bəlli olur ki, bu nəzəriyyələrin hamısı təməldə iki modeldən birinin üzərində qurulmuşdur. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan «sonsuz kainat», ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan «böyük partlayış» modelidir. Birinci model kainatın başlanğıcı və sonunun olmadığını, ikincisi isə əksinə kainatın böyük bir partlama nəticəsində yarandığını və fasiləsiz olaraq genişləndiyini nəzərdə tutur. Artıq etibarlılığını itirimiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də bu vəziyyətdə qalacağını nəzərdə tutur. Bu nəzəriyyə Qədim Yunanıstanda yaranmış, daha sonra Avropa İntibahı dövründə yenidən gündəmə gəlmiş materialist fəlsəfənin əsasında qurulmuşdu. Əslində İntibah elə qədim yunan filosoflarını araşdırmaq məqsədi güdürdü. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi gerçək kimi insanlara təqdim olundu.
Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırmışdılar və bu səbəbdən də «sonsuz kainat» ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Guya kainatın sabit (statik) quruluşu var. Halbuki, elmin inkişafı nəticəsində əldə edilən nailiyyətlər bu nəzəriyyənin tamamilə susdurdu. Bəlli oldu ki, kainat sonsuz deyil – kainatın başlanğıcı və sonu vardı. Oxumağa davam et
Kainat Necə Yaranıb?
XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.
Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.
Sonsuz kainat modelinin səhv olduğunu görən Oxumağa davam et
Materializmin Elmi Cəhətdən Çöküşü
“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?
Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?
Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.
Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: Oxumağa davam et
Kainatın Sonu və Big Crunch
Big Crunch (Biq Krənç – Böyük Çöküş) nəzəriyyəsi, Big Bang’dən (Böyük Partlayış) sonra genişləyən kainatın getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş, kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.
Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Oxumağa davam et