Böcəklər Arasındakı Kimyəvi Əlaqə: Feromonlar

Qarışqalar yuvalarını, bal arıları da şanlarının yerini, çox uzaq məsafələr getsələr də, yollarını azmadan taparlar. Bəzi böcək sürfələri təhlükə anında dərhal bir yerə toplanaraq qorunarlar. Bir çox heyvanlar da yaşadıqları sahə üzərində bariz hakimiyyət sahibdirlər. Deyilənlərlə yanaşı, bütün böcək növlərində cütləşmək istəyən erkəklər və dişilər bir-birlərindən uzaqda olsalar belə, bir-birlərini asanlıqla tapırlar. Bu davranışlardakı ortaq nöqtə; bütün bunların bir növ ünsiyyət sayəsində baş verməsidir.

Bir çox canlı növü bir-biriylə ünsiyyət yaratmaq üçün, bir cür işarədən istifadə edir. Böcəklərin istifadə etdiyi bu işarənin adı “feromon”dur. Feromon sözü “hormon daşıyıcıları” mənasını verir və eyni növün nümayəndələri arasında istifadə edilən kimyəvi maddələrdir. Ümumiyyətlə xüsusi vəzlər tərəfindən ifraz edilərək ətraf mühitə yayılarlar. Böcəklərin davranışlarının dəyişməsinə səbəb olarlar.

Feromonlar, əvvəllər hormonlarla ekvivalent hesab edilmişdir. Hormonlar kimi az miqdarda ifraz olunmalarına və müəyyən həyati funksiya yerinə yetirmələrinə görə, bədəndən kənara ifraz olunmaları onları hormonlardan fərqləndirir. Feromonlar əsasən növə görə fərqlənir. Çox müxtəlif funksiyalar yerinə yetirən və müxtəlif tərkibli olan feromonlar da var. Yayılma qabiliyyətləri olduqca yüksək olan feromonlar, 7-8 km kimi xeyli uzaq məsafədə belə öz təsirlərini göstərə bilirlər. Uzaqlıq, istilik, külək və rütubət kimi amillər də feromonların təsir gücünü azaldıb çoxalda bilər.

Oxumağa davam et

Mikro elektrik açarlarına ilham mənbəyi olan palma böcəkləri

red_palm_weevil-2_small1Bu gün bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi layihələrinə başlamazdan əvvəl canlılardakı nümunələri araşdırır, onlardakı sistemləri və dizaynları təqlid edirlər. Başqa sözlə, elm adamları Allah`ın təbiətdə yaratdığı sistemləri tədqiq edir və bunlardan ilham alaraq yeni texnologiya məhsulları icad edirlər. Palma böcəkləri də elm adamlarına ilham verən minlərlə canlıdan biridir.

Xüsusilə son illərdə təbiətdəki üstün yaradılış dəlilləri elm adamlarına texnoloji irəliləyişdə ilham mənbəyi olur. Kornel Universitetində Kimya və Biomolekulyar Mühəndislik fakültəsindən professor Pol Stin (Paul Steen) tərəfindən dizayn olunan mikro elektrik açarları bu nümunələrdən biridir. Palma böcəklərindən ilham alaraq son texnologiya ilə istehsal olunmuş bu elektrik açarları mikron səviyyəsi adlandırılan metrin milyonda birinə bərabər ölçüdə öz-özünə işləyə bilir. Oxumağa davam et