Boş və faydasız şeylərdən necə üz çevirmək olar? Nələr boş və faydasızdır?

Boş və faydasız şeylərdən üz çevirmək insanın yalnız Allah’ın razılığını qazanacağı davranışları etməsi ilə mümkündür. Mömin dünyada ona verilən vaxtı çox yaxşı qiymətləndirməli olduğunu bilir. Çünki bu dünyada etdiyi işlər nəticəsində axirətdə sonsuza qədər yerləşəcəyi yer müəyyən olunacaq. Buna görə, hər etdiyi işlə axirətdə xeyir qazanmağa çalışır. Əlbəttə, hər insan kimi o da danışır, əylənir, yemək yeyir, gülür, düşünür, işləyir, amma bunları edərkən həmişə insanlara, dinə xeyir verən düşüncələri olur. Oxumağa davam et