Yaxın Şərq xəritəsi Yeni Dünya Düzənində nəzərdə tutulan kimi olacaqmı?

yaxin serqDaha əvvəl istifadə edilən “Böyük Yaxın Şərq” ifadəsi əvəzinə “Yeni Yaxın Şərq” ifadəsi ilk dəfə ABŞ-ın keçmiş xarici işlər naziri Kondoliza Rays tərəfindən 2006-cı ilin iyun ayında Təl-Əviv səfəri zamanı bir çıxışda səsləndirildi. Maraqlıdır ki, bundan dərhal sonra 20 iyul 2006-cı ildə ehtiyatda olan keçmiş podpolkovnik Ralf Petersin “Mübarizəni heç vaxt tərk etmə” adlı kitabında bu “Yeni Yaxın Şərq”in xəritəsi dərc olundu.

Podpolkovnik Peters daha əvvəl ABŞ Baş Qərargahının Kəşfiyyat rəisi olmuş, xarici siyasət və strategiya mövzularında bir çox məqalə və kitab hazırlamış, fikirləri hərbi dairələrdə olduqca təsirli olan, hazırda ehtiyatda olan Müdafiə Nazirliyinin hərbiçisidir. Müdafiə Nazirliyi podpolkovnik Ralfın kitabındakı xəritəni rəsmi olaraq qəbul etməsə də bu xəritənin NATO-nun Müdafiə Kollecində təhsil proqramında istifadə edildiyi məlumdur.1

Bundan başqa, bu xəritə podpolkovnik Pitersin şərhi ilə “Qan sərhədləri: daha yaxşı Yaxın Şərq necə görünər?” başlığı ilə ABŞ ordusunun “Silahlı Qüvvələr” jurnalında dərc edildi.2

Bir əsrdən çoxdur ki, Yaxın Şərqi dizayn etməyə istiqamətli xəritələrin son versiyası olaraq qəbul edilən bu xəritə bölgənin qərbli bəzi dairələr tərəfindən proqnozlaşdırılan yekun sərhədlərini göstərir. Böyük Yaxın Şərq layihəsinin son mərhələsi olan Yeni Yaxın Şərq xəritəsi sanki I Dünya Müharibəsindən sonra Osmanlı torpaqlarını bölüşmək məqsədilə qəbul edilən gizli saziş Says-Pikonun bir növ 21-ci əsr versiyasıdır. O günə qədər konspirasiya nəzəriyyəsi olaraq qəbul edilən müxtəlif fikirləri də bir növ təsdiq edir. Görünən odur ki, layihənin son mərhələsində artıq əsl hədəfin gizlədilməsinə əvvəlki qədər əhəmiyyət verilmir. Oxumağa davam et

İngilis dərin dövlətinin 135 illik Türkiyəni “parçala və hökmranlıq et” siyasəti və PKK

pkkTürkiyə bir tərəfdən cənub-şərqində cümhuriyyət tarixinin ən böyük separatçı qüvvəsi ilə üzləşib, digər tərəfdən də cənub qonşuları İraq və Suriyadakı daxili münaqişələrdən ciddi şəkildə təsirlənir.

Bu münaqişə və müharibələr dünya ictimaiyyəti tərəfindən qarşısı alınmaq əvəzinə gizli güclərin dəstəyi ilə daha da alovlandırılır. 100 il əvvəl Türkiyəni Sevr müqaviləsi ilə bölə bilməyən dərin dünya dövləti də bölgədəki qarışıqlıqları qızışdırır. Nəticə etibarilə “parçala və hökmranlıq et” siyasəti ilə ölkəni parçalamaq məqsədi güdən plan heç vaxt gündəmdən düşmədi.

Bu hiyləgər plan “Böyük Yaxın Şərq Layihəsi” çərçivəsində dəstəklənir. Polkovnik-leytenant Ralf Piterin “qanla çəkiləcəyini bildirdiyi yeni Yaxın Şərq sərhədləri” xəyalı üçün bölgədəki bir çox ünsürdən faydalanırlar. [i] Bu məqsədlə beynəlxalq dairələr Suriyadakı kommunist Bəəs rejimindən, İraqdakı xurafatçı cərəyanlardan bölgəni qan gölünə çevirmək üçün istifadə edir. Bunlarla yanaşı, bütün gizli qüvvələrlə həmrəy olan, ehtimal olunan Armaqedonda Türkiyə və müsəlmanlar əleyhində döyüşəcəyini elan edən və cinayətdə sərhəd tanımayan PKK da ən münasib taşeron terror təşkilatı kimi qarşımıza çıxır. [ii]

PKK Anadoludakı min illik İslam qardaşlığına, milli-mənəvi dəyərlərə təcavüz edir, nifrəti yayır, terror tətbiq edir. Oxumağa davam et

New Age (Yeni Əsr) imperializmi

4020483_origTarix boyu böyük və güclü ölkələrin öz rifah və zənginliklərini yüksək səviyyəyə çatdırmaq üçün daha zəif ölkələr üzərində hakimiyyət qurma arzusu müstəmləkəçilik hərəkatını ortaya çıxardı. Müstəmləkəçi ölkələr işğal etdikləri ölkələrin insan resurslarını, işçi qüvvəsini, təbii sərvətlərini və bazarlarını ələ keçirdilər. Qurduqları müstəmləkə rejiminə müqavimət göstərməmələri və maraq sistemlərinə zərər verməmələri üçün də yerli xalqları, onların hər cür sosial, mədəni və dini həmrəyliyini ciddi təzyiq altında saxladılar.

XVI əsrdə başlayan müstəmləkəçilik dövrü ərzində Fransa, İngiltərə, Hollandiya kimi ölkələr qoşun göndərdikləri müxtəlif Afrika, Asiya və Sakit Okean hövzəsi ölkələrində koloniya dövlətləri qurdular. Daha sonra həmin ərazilərə öz rəhbərlərini və qurumlarını yerləşdirməklə yerli xalqları öz maraqlarına xidmət etdirəcək planlar qurdular.

XIX əsrin sonları – XX əsrin əvvəllərində Avropada başlayan və bütün dünyaya yayılan milli dövlət anlayışının təsiri ilə müstəmləkəçilik hərəkatı mərhələli olaraq sona çatdı. Ancaq I və II Dünya Müharibəsi dövründə qlobal güc nisbətlərinin yenidən formalaşması, ad olaraq artıq mövcud olmayan, ancaq anlayış olaraq heç vaxt yox olmamış müstəmləkəçiliyin fərqli növlərini gündəmə gətirdi. Oxumağa davam et