Müşriklərin Xüsusiyyətləri

Müş­rik­lə­rin Al­la­ha şərik qoşduqları, tan­rı bil­dik­lə­ri şey­lə­rin heç bir tan­rı­lıq xü­su­siy­yət­lə­ri yox­dur. Bun­la­rın in­sa­na nə xe­yir, nə də zə­rər ve­rə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 18), heç bir şey et­mə­yə və ya­rat­ma­ğa güc­lə­ri­nin çat­ma­dı­ğı­nı («Yu­nus» su­rə­si, 34; «Əraf» su­rə­si, 191), nə öz­lə­ri­nə, nə də baş­qa­la­rı­na kö­mək edə bil­mə­yə­cək­lə­ri­ni («Əraf» su­rə­si, 192), doğ­ru yo­la yönəldə bil­mə­yə­cək­lə­ri­ni («Yu­nus» su­rə­si, 35) Al­lah ayə­lə­rin­də bil­dir­miş­dir. Və­ziy­yət bu qə­dər bəl­li olduğu halda müş­rik­lə­rin be­lə aciz var­lıq­la­rı tan­rı seç­mə­lə­ri­nin, büt­ləş­dir­mə­lə­ri­nin sə­bə­bi, hə­qi­qət­də Al­la­hın Özü­nə aid olan bə­zi xü­su­siy­yət­lə­rin bu var­lıq­la­rın üzə­rin­də tə­za­hür et­mə­si­dir.

Mə­sə­lən, bir in­sa­nın sa­hib ol­du­ğu güc, əzə­mət, iq­ti­dar, sər­vət, cah-cə­lal ki­mi özəl­lik­lə­rin ha­mı­sı əs­lin­də Al­la­ha aid­dir. Al­lah özün­də son­suz olan bu xü­su­siy­yət­lərin yal­nız bir qismini im­ta­han ola­raq bu dün­ya­da in­san­da müəyyən də­rə­cə tə­cəs­süm et­dir­miş­dir. Bu xü­su­siy­yət­lə­ri o in­sa­nın özü­nə aid zənn edə­rək on­dan qorx­maq, onun Al­la­ha qar­şı gə­lən əmr­lə­ri­nə inan­maq, bir söz­lə, onu Al­la­ha şə­rik qoş­maq həmin yan­lış zən­nə uy­maq­dan irə­li gə­lir. Oxumağa davam et

Şirk:Sevgi

Şir­ki formalaşdıran ən önəm­li sə­bəb­lər­dən bi­ri Al­la­hın ya­ra­dı­lış­dan ver­di­yi «sev­gi» hissinin yan­lış istiqamətləndirilməsidir. Ayə­də müş­rik­lə­rin büt­lə­ri­nə bəs­lə­dik­lə­ri möh­kəm sev­gi­dən be­lə bəhs edi­lir:

«İn­san­la­rın içə­ri­sin­də Al­lah­dan qey­ri­lə­ri­ni şə­rik qo­şub, on­la­rı Al­la­hı se­vən ki­mi se­vən­lər də var­dır. Hal­bu­ki iman gə­ti­rən­lə­rin Al­la­ha mə­həb­bə­ti da­ha qüv­vət­li­dir. Əgər zülm edən­lə­rin vax­tın­da gö­rə­cək­lə­ri əzab­dan xə­bər­lə­ri ol­say­dı, on­lar bü­tün qüd­rə­tin Al­la­ha məx­sus ol­du­ğu­nu və Al­la­hın əza­bı­nın şid­dət­li ola­ca­ğı­nı bi­lər­di­lər» («Bə­qə­rə» su­rə­si, 165).

Ayə­dən an­la­şıl­dı­ğı ki­mi, «sev­gi» şir­kin ol­du­ğu ki­mi töv­hi­din də tə­mə­lin­də­ki ən önəm­li ün­sür­dür. Do­la­yı­sı i­lə, Oxumağa davam et

İslam: Dünyanı Aydınladan İşıq

İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə vuruşur, qan tökür, hətta uşaqlarını öldürəcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr alçaldılırdı.

Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi. Oxumağa davam et