Ağaclar Nə Qədər Uzana Bilir?

Şimali Arizona  Universitetindən tədqiqatçılar dünyanın ən uzun ağacları üzərində apardıqları tədqiqatda ağacların böyüməsini tənzimləyən faktorları üzə çıxardılar. (Ian Woodward, “Plant science: Tall storeys“ Nature 428, 22 April, 2004, sf. 807 – 808), (George W. Koch, Stephen C. Sillett, Gregory M. Jennings & Stephen D. Davis, “The limits to tree height”, Nature 428, 22 April 2004, sf. 851 – 854)

Ağacda açıq-aydın dizayn var. Ağacı meydana gətirən hüceyrələr kök, gövdə, qabıq, su sütunları, budaqlar və yarpaqları əmələ gətirəcək formada təşkil olunmuşdur. Hüceyrələr ağacın yaşaması üçün lazımi funksiyaları yerinə yetirən hissələri əmələ gətirir, bu hissələr arasında da sistemli uzlaşma var. Oxumağa davam et

Okeanların Təmin Etdiyi Tarazlıqlar

Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdıqda axan içməli su… İnsanlar suyun varlığına o qədər adət ediblər ki, yer üzünün böyük hissəsinin sularla əhatə olmasının əhəmiyyətini bəlkə də heç düşünmürlər. Ancaq məlum olan bütün göy cisimlərinin arasında yalnız Yerdə suyun olması, üstəlik bu suların içməli olması son dərəcə mühüm məsələdir.

Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın əsas şərti olan su yoxdur. Lakin Yer səthinin dörddə üç hissəsi sudur. Okeanlar kimi böyük su kütlələrilə yanaşı çaylar, kiçik göllər kimi ölçüləri və xüsusiyyətləri bir-birindən fərqli olan sular da var. Bütün sular duzlu və ya şirin deyil. Yerdə bütün canlıların ehtiyaclarına görə nizamlanmış qüsursuz su tarazlığı var.

Yer üzündəki milyonlarla canlı növü su sayəsində həyatlarını davam etdirir, Oxumağa davam et