DNT-NİN İÇİNDƏ MİLYONLARLA CD SAXLANACAQ
İngilis elm adamları rəqəmsal məlumatı DNT-nin içində saxlamağın mümkün olduğunu açıqlayıblar.
İngilis elm adamları milyonlarla CD-lik məlumatı əsrlərlə təhlükəsiz saxlamaq üçün DNT-nin içinə yerləşdirəcəklərini deyiblər.
Elm adamları bunu təsdiqləmək üçün bir sınaq şüşəsinin içində çətinliklə görünən DNT hissəsinə 154 Şekspir sonatası, bir fotoşəkil, bir elmi tezis və Martin Lüter Kinqin məşhur “Bir xəyalım var” adlı nitqindən 26 saniyəlik səsyazısını yerləşdirib.
Bu əməliyyat üçün rəqəmsal informasiyanın 1 və 0 rəqəmlərindən ibarət ikili şifri DNT şifrinin 4 hərfli əlifbasına çeviriblər. Bu şifrdən sintetik DNT-nin əsaslarını düzəltmək üçün istifadə edilib. Cihazlar DNT molekullarını oxuyub və şifrlənmiş məlumatı toplayıb. Oxumağa davam et