Şərq və Qərb Cəmiyyətlərində Cəhalət və İslamofobiya

383141_247287252008571_897306617_nTəhsil və mədəniyyətin yoxluğundan doğan cəhalət bu gün dünyanın bütün cəmiyyətlərini öz cənginə almışdır. Bir tərəfdə, demək olar ki, əhalisi oxuma-yazma bilməyən bəzi İslam ölkələri, digər tərəfdə isə müasir və mədəni görünüşünə baxmayaraq, bir çox mövzuda tamamilə yanlış məlumatlara sahib olan və əhəmiyyətli gerçəklərdən xəbərsiz olan Qərb cəmiyyəti durur. Oxumağa davam et

Həddi Aşmamaq

Mömin insan həddi aşmayaraq yalnız halal dairəsində hərəkət edər. Cəhalətin hakim olduğu mühitdə lazımi davranışları göstərməsi və özünü cahiliyyə mədəniyyətinin təsirinə salmaması, ölçülü və ağıllı davranması vacibdir.

Əlbəttə yalnız cahiliyyə mühitində deyil, möminlər arasında da incə düşüncəli ağıllı davranışları tələb edən vəziyyətlər var. İman edən insan hər an ağılından istifadə edərək həddindən artıq və kəskin hərəkətlərdən uzaq dayanmasının vacibliyini bilər. Hadisələr qarşısında həyəcanlanmayan, heç bir zaman soyuqqanlılığını itirməyən xarakterə sahib olmaq üçün hər zaman diqqətli olar. İmanın verdiyi bu soyuqqanlılıq ilə ağıldan uzaqlaşmayan, ani kədər və ya sevincə qapılmayan xarakterə sahib olar və sabitliyini hər hərəkətində göstərər.

Oxumağa davam et