Allah`ın canlılardakı rəng sənəti

459477-1366x768Yer üzündəki bütün rəngləri yaradan Allah`dır. Səma, dağlar, tarlalar, kəpənəklər, qırmızı almalar, portağallar, tutuquşular, qırqovullar, bənövşəyi üzümlər, ağaclar, qısası, ətrafınızda gördüyünüz hər şey Allah istədiyi üçün bu rənglərə malikdir. Allah bir ayəsində bu həqiqəti bizə belə bildirir:

… Budur Allah`ın rəngi… Allah`ın rəngindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik. (Bəqərə surəsi, 138)

Oxumağa davam et

Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

frog_with_leaf_umbrella_wallpaper_s_2032032530.1024x0Bəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Oxumağa davam et

Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?

fnabtdul
Darvin dövründə hüceyrənin mürəkkəb quruluşu haqqında heç bir şey bilinmirdi.

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır. Oxumağa davam et

Metamorfoz bir yaradılış dəlilidir

baskalasim-kurbaga-02Metamorfozu təkamülə dəlil göstərməyə çalışanlar, əslində, təkamül nəzəriyyəsi və biologiya haqqında heç nə bilmirlər. Metamorfoz genetik informasiyada şifrlənmiş planlı dəyişiklikdir və təsadüfi dəyişiklik mənasında olan təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Əslində, reduksiya edilməz kompleks mərhələ olan metamorfoz təkamülü əsassız edən yaradılış dəlilidir.

Bəzi canlılar həyatlarının fərqli dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Oxumağa davam et

İnsan Ağlının Təkamül Keçirdiyi İddiası Cəfəngiyyatdır

mutlu_aile_resimleri_6İnsanın digər canlılarla bioloji cəhətdən bənzərlikləri olsa da, sivilizasiya qurmuş bir varlıq kimi tayı-bərabəri yoxdur. Universitetlər, xəstəxanalar, fabriklər inşa etmiş, dövlətlər qurmuş, musiqilər bəstələmiş, olimpiadalar təşkil etmiş, kosmosa qalxmış insan bütün bunları ağlı ilə bacarmışdır. Təkamülçülər insanın ən yaxın qohumu qəbul etdikləri şimpanze ilə ayrıldıqdan sonra ağlının təkamül keçirdiyini iddia edirlər. Ağılın “təkamülü”ndə baş verən sıçrayışları isə beyində meydana gələn təsadüfi dəyişikliklərlə və alət düzəltmə bacarığının təkmilləşməsi ilə əlaqələndirirlər. Bu iddialarını sənədli televiziya filmlərində tez-tez göstərir və əvvəlcə daşdan bıçaq, sonra da mizraq düzəltməyi öyrənən fantastik meymun adamların hekayələrini danışırlar. Ancaq bu təbliğat əsassızdır. Oxumağa davam et

Ən qədim canlıların mürəkkəb quruluşları təkamül nəzəriyyəsini necə təkzib edir?

Canlılar fosil qeydlərində müəyyən ardıcıllıqla yerləşirlər. Bu ardıcıllıq ən qədimdən yeniyə doğru tədqiq edildikdəsahte-fosil-sergisi-degil-adnan-oktar-harun-yahya-pkk-evrim-teorisi mikroorqanizmlər, onurğasız dəniz canlıları, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər şəklindədir. Təkamülçülər bu ardıcıllığı yanlış izah edərək təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Təkamülçülərin iddiasına görə canlılar ibtidaidən mürəkkəbə doğru inkişaf yolu keçmiş, bu inkişaf ərzində də canlı növləri müxtəlifləşmişdir. Oxumağa davam et

Nə Üçün DNT Təsadüflə Açıqlana Bilməz?

Dövrümüzdə elmlə əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər0b8979a795 qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduğunu göstərir. Son illərdə “İnsan genomu layihəsi” sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır.

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifri bir-bir müəyyən etmək üçün çalışmışlar. Nəticədə, insan genində yerləşən məlumatların əksəriyyəti düzgün düzülə bilib.

Bu hadisə İnsan Genomu Layihəsinin rəhbəri olan Frensis Kolinsin (Francis Collins) “İnsanın istifadə kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözlərində olduğu kimi, DNT-nin sirlərin açılmasında hələ başlanğıc mərhələdir. Oxumağa davam et

Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

1232788848_qurbagaBəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər… Oxumağa davam et

Zəhəri Zərərsizləşdirən Quşlar: Araralar

Hər hansı səbəbdən zəhərlənən insan zəhərin təsirini məhv edən dərman qəbul etməli və ya zəhər tibbi yolla orqanizmdən xaric T8qiU8sedilməlidir. Zəhərlənmə haqqında tibbi məlumatı olmayan bir şəxsin hər hansı bitkidən və ya maddədən istifadə edərək öz-özünü müalicə etməsi mümkün deyil.

Ancaq bəzi canlılar çox insanın təhsil alaraq əldə etdiyi bu biliyə doğulduğu andan malikdir. Şüuru, ağlı, zəkası olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqətçəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin faydalı olduğunu müəyyən etmələridir. Bəs bunu edən, həqiqətən, heyvanların özləridirmi? Heyvanlar bu məlumatları necə əldə ediblər? Oxumağa davam et

Yataraq Həyatda Qalan Canlılar

Yuxu həşəratlardan məməlilərə qədər bütün canlıların təbii qidasıdır. Canlıların bəzisi buz üzərində üç dəqiqə, bəzisi bir budaqdan yapışıb fasiləsiz 20 dəqiqə yataraq bu qidanı qəbul edir. Aralarında tək ayaq üstündə, bir gözü açıq və hətta üzərkən yatanları da var. Ancaq canlıların bir çoxunun özlərini qoruyan yuxuları var ki, bu yuxu həftələrlə, hətta aylarla davam edə bilər: qış yuxusu…

 Həyatı dayandıran qış fəsli

Qış fəsli bir çox canlı üçün həyatın bir növ dayandığı mərhələdir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Oxumağa davam et

Biogenez: Həyat Həyatdan Gəlir

Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən fərqləndirən nədir?

Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya atılan fikirlər  isə iki fərqli qrupda toplanır. Birinci fikir canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu görüşə elmi dildə “abiogenez” deyilir.

İkinci fikir isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan törəyir. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu görüş “biogenez” adlanır.

Maraqlıdır ki, “abiogenez” fikri materialist fəlsəfə ilə, “biogenez” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə ortaya atıldığı ilk dövrlərdən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər bəsit canlıların cansız maddənin içindən daim törədiklərinə inanmışlar.

Bunun əksinə, Oxumağa davam et