Allah canlıları təkamüllə yaradıb” fikri nə üçün səhvdir?

1293275724_yevolyuciyaKainatdakı bütün canlı və cansız varlıqlardakı üstün yaradılışı açıq şəkildə ortaya qoyub, bu cür mükəmməl sistemin kortəbii təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını elmi tərəfdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir Yaradanın var olduğunu, ancaq canlıları təkamül prosesi ilə yaratdığını iddia etməyə başlayırlar.

Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allah’ın yaratdığı çox aşkardır. Yaratmasının mərhələli və ya birdən-birə olması isə Allah’ın təqdiridir. Biz bunun nə şəkildə olduğunu ancaq Allah’ın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı müvafiq ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik. Oxumağa davam et

Peyğəmbərimizə (s.ə.v) Verilən Qeyb Xəbərləri

Qeybi ancaq üstün gücə malik olan Allah bilir. Keçmiş və gələcək olan hər hadisənin bilgisi bütün təfərrüatı ilə403813 Allah`ın dərgahındadır. Bu həqiqət Quranda belə xəbər verilir:

“Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. Allah suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (Ənam surəsi, 59).

Zamanı yaradan və insanlara bu qavrayışı öyrədən Allah`dır. Allah`ın uca Zatı zamandan kənardır. Dünyadakı canlı və ya cansız varlıqlara aid bütün məlumatlar keçmiş və gələcəkləri ilə birgə Rəbbimizin qatında mövcuddur. Oxumağa davam et