Dua sıxıntı və zərərə yol açan hadisələrə qarşı sədd çəkir

imagesMöminlərlə zəif imanlı insanların duaları arasındakı fərq nədir?

İnsan dua edərkən nəyə diqqət etməlidir?

“Birdən olsa” məntiqi ilə dua etmək nə üçün böyük qəflətdir?

Bəzi insanlar vərdiş kimi, xüsusilə də çətin vəziyyətlərdə dərhal Allah’a dua edirlər. Ancaq bu insanların duası möminlərin duasından çox fərqlidir. Çünki bu insanlar ancaq çətinlik anlarında Allah’a möhtac olduqlarını xatırlayır və o an sıxıntıdan xilas olmaq üçün uca Allah’a üz tutaraq dua edirlər. Halbuki, insanın həyatında Allah’a möhtac olmadığı bircə an da yoxdur. İman zəifliyi olan insanlarla möminlərin dualarındakı fərq burada üzə çıxır.

Möminlər həmişə və hər vəziyyətdə Allah’a üz tuturlar. Dua etmək üçün özlərinə sıxıntı gəlməsini gözləmirlər. Oxumağa davam et

Qətiyyət

Mö­mi­nin ən mühüm xü­su­siy­yət­lə­rin­dən bi­ri də son də­rə­cə qətiyyətli ol­ma­sı­dır. O, heç za­man şövq və hə­yə­ca­nı­nı itir­məz. Onun məq­sə­di yal­nız Al­la­hın ra­zı­lı­ğı­nı qa­zan­maq­dır. Bu­na gö­rə heç bir çə­tin­lik onu yo­lun­dan dön­də­rə bil­məz. İn­san­la­rın onun haq­qın­da nə dü­şün­dük­lə­ri də önəm­li de­yil­dir. Ye­ga­nə is­tə­yi Al­la­hın rıza­sı­dır; bü­tün hə­ya­tını bu hə­də­fə gö­rə plan­daş­dı­rı­r.

Allah mö­min­lə­rin qətiyyətli olmalarını müx­tə­lif formalarda sı­naq­dan ke­çi­rir. Mə­sə­lən, Al­lah mö­min­lə­rə bir müd­dət sı­xın­tı ve­rə bi­lər; on­la­rı tər­bi­yə et­mək üçün çə­tin­lik ve­rə bi­lər. Qu­ran­da bu və­ziy­yət be­lə açıq­la­nır:

«Əl­bət­tə, Biz si­zi bir az qor­xu, bir az ac­lıq, bir az da mal, can və məh­sul qıt­lı­ğı ilə im­ta­han edə­rik. Səbir edən şəxs­lə­rə müj­də ver!» («Bə­qə­rə» su­rə­si, 155).

Qə­ti dü­şün­cə­yə sa­hib olan mö­min, ayə­də bil­di­ril­di­yi ki­mi, ona qar­şı gə­lən bü­tün çə­tin­lik­lə­rə səbr edər. Qu­ran­da mö­min­lə­rin bu dav­ra­nı­şı be­lə bil­di­ril­miş­dir:

Oxumağa davam et