Çiçəklərin mayalanması və arılar

Müxtəlif çiçəklərlə dolu bir çəməndə bal yığan arılar bir müddət izlənilsə, maraqlı bir vəziyyət diqqəti çəkəcək. Arılar hər səfərdə yalnız tək bir çiçək cinsi arasında gedib gələrlər. Bir çiçəkdən digərinə uçarkən başqa cins çiçəklərə diqqət belə etməzlər.

Bəzən günlərlə eyni növ çiçəkləri bu şəkildə ziyarət edən arıların bu davranışları həm özləri, həm də çiçəklər baxımından faydalıdır. Bu vəziyyəti belə açıqlaya bilərik. Bir çiçəyə ilk dəfə qonan bir arı o çiçəyin quruluşunu tanımadığı zaman kiçik bir nektar damlasını tapmaq üçün çox uzun bir müddət cəhd etmək məcburiyyətində qalar. Arı ancaq eyni çiçəyə beşinci və ya altıncı dəfə qonduqdan sonra sürət və bacarıq qazanar və hədəfinə asan şəkildə çatdığı üçün zaman qazanmağa başlayar.

Bu vəziyyətin çiçəklər baxımından faydalı olan istiqaməti isə, arıların tək çiçək növünü seçmələri sayəsində sürətli və etibarlı bir mayalanmanın təmin edilməsidir. Çünki bir çiçəyin tozcuğu başqa çiçəkləri mayalandırmaz və ancaq arıların eyni çiçəklər arasında etdikləri dövrlər əsnasında çiçəklər mayalanmış olar. Arılar eyni növ çiçəkləri tapmaq üçün qoxudan faydalanarlar.

Oxumağa davam et