Arı Yeyən Quşların Ağıllı Taktikaları

Bəzi quşlar qeyri-mümkün görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri bir alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.

Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (Da­vid At­ten­bo­ro­ugh, The Tri­als of Li­fe, s.137)

Arı yeyən quşların maraqlı xüsusiyyətlərindən biri də Oxumağa davam et

“Ana Təbiət” Kimdir?

Təkamülçülər təbiətin yaradıcı gücə sahib olduğunu fərz edirlər. Bu qəribə fərziyyəyə həm özləri inanır, həm də digər insanları buna inandırmağa çalışırlar. Bu məqsəd üçün əllərindəki bütün imkanları da səfərbər edirlər. Məsələn, televiziyadakı bəzi sənədli filmlərdə, jurnal, qəzet və kitablarda təbiətdəki hər hansı bir gözəllikdən danışarkən “Bu, təbiətin insana hədiyyəsidir”, “Ana Təbiətin möcüzəsidir”, “Təbiət vergisi olaraq qunduzlar özlərinə möhtəşəm bəndlər inşa edirlər” kimi ifadələrdən istifadə edirlər. Bəs təkamülçülərin yaradıcı kimi gördükləri “ana təbiət” kimdir? Oxumağa davam et