Science Mag saytından xəyali «insanabənzər» nağılı: denisovanlar

denisova3Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.

Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.

Oxumağa davam et

Piltdown Adamı Saxtakarlığı

Həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə “Piltdown Adamı” adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər. Oxumağa davam et