İnsanların 700 min il bundan əvvəl çox mahir inşa edilmiş gəmilərlə okean səyahətinə çıxdıqlarını bilirdinizmi? Və yaxud bizə ibtidai mağara adamları kimi təqdim edilən insanların, əslində, dövrümüzün rəssamlarından heç də geri qalmayan istedada və estetik zövqə malik olduqlarını eşitmisinizmi? 80 min il əvvəl yaşamış və bizə təkamülçülərin “meymun adam” adı ilə göstərmək istədikləri Neandertal irqinə aid olan insanların musiqi alətləri düzəltdiyini, geyim zövqünə sahib olduğunu, qızmar qumlarda müəyyən ölçü ilə biçilmiş səndəllərdə gəzdiyini bilirdinizmi?
Böyük ehtimalla bunların heç birini daha əvvəl eşitməmisiniz. Əksinə, bu insanların yarı meymun yarı insan, danışmaq qabiliyyəti məhdud olan, dik dayana bilməyən, sadəcə xırıltılı səslər çıxaran vəhşi mağara adamları olduğu barədə yanlış təsəvvürə malik ola bilərsiniz. Çünki bu böyük yalan, təqribən 150 ildir ki, dünyanın dörd tərəfində insanlara təlqin edilir. Bu cür təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır. Oxumağa davam et