13 noyabr Paris hücumlarından sonra Suriyadakı hava əməliyyatlarını artıracağını bildirən Fransa, bu təşəbbüsünə diplomatik dəstək təmin etmək məqsədilə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi yekdilliklə qəbul edildi. 2249 saylı bu qərarda İŞİD-in beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğu yenidən vurğulanaraq, gücü və imkanı olan bütün üzv ölkələrin Suriya və İraqdakı hərbi qüvvələrini iki mislinə çıxarmaları, İraq və Suriyadakı İŞİD sığınacaqlarını məhv etmələri tələb olunur.
Bu qərarın ən böyük xüsusiyyəti isə bundan sonra istəyən hər bir ölkənin Suriya hökumətinin tələbi olmadan bölgədəki terror hədəflərinə əməliyyat həyata keçirməsinə hüquqi əsas təşkil etməsidir. Belə ki, İngiltərə Daimi Nümayəndəsi və BMT Təhlükəsizlik Şurasının hazırkı sədri Metyu Rikroft BMT-nin qərarına əsasən Suriyadakı İŞİD hədəflərinə hücum üçün hüquqi zəminin yarandığını və bu hücumlar üçün Suriya hökumətindən icazə almağa ehtiyac olmadığını ifadə etdi.
Əlbəttə ki, Suriya vətəndaş müharibəsindən sonra hava əməliyyatları nəticəsində meydana gələn on minlərlə insan itkisi nəzərə alındıqda, bu əməliyyatların daha da artırılmasının yol açacağı insan təlafatı, dağıntı və fəlakətin miqyasını təsəvvür etmək belə çətindir. Oxumağa davam et