Əhli-kitab müsəlmanlar və kitab əhli dəccaliyyətə qarşı bir-birlərinin müttəfiqidir

ramazanŞübhəsiz ki, dünyanın sülhə, dostluğa və qardaşlığa bəlkə də ən çox ehtiyacı olduğu dövrlərdən birində yaşayırıq. XX əsrə damğasını vuran qarşıdurma və müharibələr XXI əsrdə də davam edir, dünyanın hər tərəfində məsum insanlar bu müharibələrdə böyük maddi və mənəvi itkiyə məruz qalırlar. Ancaq bəzi kütlələr israrla müsəlmanlar və kitab əhli arasındakı qarşıdurmanı körükləməyə çalışırlar. Halbuki, açıq-aşkar görünür ki, bu kütlələrin körüklədiyi sivilizasiya mübarizəsi bütün bəşəriyyəti böyük fəlakətə apara bilər. Bu fəlakətin qarşısının alınmasının ən əsas yollarından biri müsəlmanlar və kitab əhli arasındakı qardaşlıq və əməkdaşlığın gücləndirilməsidir. Oxumağa davam et

Məsih Dəccal Fəaliyyətdə…

Axır zamanda unutdurulmağa çalışılan axır zaman mövzularından biri Dəccalın çıxışı və yer üzündə təşkil edəcəyi dinsizlik fitnəsidir.

Peyğəmbərimiz (s.ə.v.) Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkərək “Allah Hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır.”(2) hədisi ilə bütün müsəlmanları bu təhlükədən xəbərdar etmişdir. Həqiqətən də indiki vaxtda Dəccaliyyətin təsiri dünya xalqları üzərində var gücü ilə hiss edilir. Bir çox ölkədə müsəlmanların məruz qaldıqları əzab-əziyyətlər hər gün daha da artır. Aydındır ki, hal hazırda da yaşanan hər cür zülmün, ədalətsizliyin və çaxnaşmanın altında dinsizliyin cəmiyyətlər üzərində meydana gətirdiyi təxribat böyük rol oynayır. Oxumağa davam et