Yaradılış Dəlilləri

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? Oxumağa davam et

Din Elmə və Düşünməyə Təkan Verir

İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanından istifadə edərək gördüklərindən nəticə çıxarır. Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yer kürəsinin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca desək, ağıl və vicdanından istifadə edərək düşünən hər insan Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” («Ali-Imran» surəsi, 191).

Bu səbəbdən Oxumağa davam et

Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir

“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn

Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.

Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.

Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi ta­raz­lıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində Oxumağa davam et