Qadınlar əxlaqi degenerasiyanın ortaya qoyduğu bəsitlikdən çəkinməlidirlər

vika_levina_brunette_green-eyed_charm_36284_1920x1080

Zorakılıq, nifrət, münaqişə və mübahisələrin əhatə etdiyi müasir dünyada bütün mənəvi dəyərləri yerlə bir edən əxlaqi çöküş də günü-gündən artır. Böyük degenerasiya ilə birlikdə gözəl əxlaqın və mənəviyyatın tərk edildiyi yanlış cəmiyyət quruluşu getdikcə dünyanın hər tərəfinə hakim olur. Bununla yanaşı narkotik maddə, siqaret və spirtli içkilərin istifadəsi, fahişəlik, homoseksuallıq kimi qeyri-etik bir çox davranış da milyonlarla insanı təsiri altına alıb.

Oxumağa davam et

Türkiyə insan hüquqları sahəsində nə qədər inkişaf edib?

turkiye_by_vespertiloBir çox qanun, saziş və normativ aktlarda öz əksini tapmış insan hüquqları bir ölkənin inkişaf səviyyəsini, demokratiya anlayışını, ideologiyasını, yəni yaşamağa əlverişli yer olub-olmadığını göstərən ən mühüm amillərdən biridir. Bu baxımdan insan hüquqları bütün dünyada olduğu kimi, Türkiyədə də ən çox ön plana çıxarılan hüquqi və sosial anlayışlar arasında özünəməxsus yer tutur.

2000-ci illərə qədər Türkiyədə insan hüquqları zəif idi. O dövrdə ölkədə baş verən çevrilişlər və daxili münaqişələr müxtəlif insan hüquqları pozuntularına səbəb olmuşdu. O illərdə hüquqları pozulan insanların ədalətsizlikləri aradan qaldırma imkanları da, demək olar ki, heç olmamışdı.

Həmin dövrdə insan hüquqlarının qorunması və inkişaf etdirilməsi barədə, əlbəttə ki, atılan bəzi müsbət addımlar olmuşdu. Məsələn, 1987-ci ildə vətəndaşların AİHM-ə (Avropa İnsan Haqları Məhkəməsi) müraciət etməsinə icazə verilmişdi. Türkiyə Böyük Millət Məclisinin nəzdində insan hüquqları məsələsində atılan ilk ciddi addım isə 1990-cı ildə İnsan Hüquqları Araşdırma Komissiyasının yaradılması idi. Bundan əlavə, 1992-ci ildə İnsan Hüquqları üzrə Dövlət Nazirliyi təsis edilmişdi. Ancaq Türkiyə vətəndaşlarının və qurumlarının yeni qaydalara öyrəşməsi vaxt almış, digər tərəfdən də 28 fevral dövründə insan hüquqlarının ciddi şəkildə pozulması müsbət nəticələr əldə edilməsinə mane olmuşdu. Oxumağa davam et

“Konstruktiv xaos”un gətirdiyi dağıntı

Powerful earthquake hits NepalBir çox mövzuda konspirasiya nəzəriyyələri eşitməyə öyrəşmişik. Amma məsələ Yaxın Şərq olduqda plan və layihələri təkcə konspirasiya nəzəriyyəsi kimi dəyərləndirmək çətinləşir. Çünki zaman keçdikcə Yaxın Şərq üzərində qurulan ssenarilərin bir hissəsinin həyata keçirildiyini gördük. Dövrümüzün ssenariləri isə həmin planları quranlar tərəfindən artıq gizlədilmir.

I Dünya müharibəsi hələ davam edərkən, dərin dövlət planları daxilində Yaxın Şərqi formalaşdıran müxtəlif xəritələr formalaşdırılmışdı. Hələ parçalanmamış Osmanlı torpaqları bağlı qapılar ardında çoxdan bölüşdürülmüş, bir-birilə qardaş, dindaş, soydaş yaşayan insanlar arasında çoxdan sədlər çəkilmişdi. Müharibə davam edərkən hazırlanmış 6 gizli razılaşmadan xəbərimiz olmasa, bütün bunların şişirdildiyini və ya fantaziya olduğunu deyərdik. Əgər Says-Piko sazişini imzalayanlardan biri olan Rusiyanın Qərblə münasibətləri pozulmasaydı, bəlkə də gizli planların miqyasını heç vaxt bilməzdik.

I Dünya müharibəsi çoxdan bitib və Yaxın Şərq stol arxasında planlaşdırıldığı kimi xətkeşlə bölünüb. Bu vəziyyət Yaxın Şərq üzərində haqq iddia edənlərin planlarına həqiqi mənada yol açmaqla qalmayıb, gələcək nəsillər üçün bir növ ilham qaynağı olub. “Konstruktiv xaos” adı verilən termin məhz bu ilhamla ortaya çıxan, Yaxın Şərqi zorakılıq və münaqişələrdən istifadə edərək daha kiçik hissələrə ayıracaq, daha çox qan tökəcək gizli planlardan biridir. Oxumağa davam et

Allah’ın insanlara haqq kitablarda vəhy etdiyi sistem – demokratiya

Large group of business people discussing.İnsan həyatının çox mühüm hissəsi olan vəhəyat keyfiyyətini yüksəldən azadlıq ancaq demokratiya anlayışının hakim olması ilə mümkündür.Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, haqq və azadlığa sahib olduğu idarəetmə formasıdır. Demokratiya peyğəmbərlər vasitəsilə uca Allah’ın qullarına haqq kitablarda vəhy etdiyi bir nemətdir. Bütün haqq kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin sərbəst yaşayacağı, sərbəst fikirlərini dilə gətirə biləcəyi sülh içində yaşanan bir mühit əmr edilmişdir. Bu səbəbdən, demokratiyanın ilk yarandığı yer kimi qəbul edilən qədim yunan torpaqları və ya müasir dövrdə demokratiyanın mərkəzi olaraq qəbul edilən Avropa ölkələri demokratiyanı haqq dinlərdən öyrəniblər. Lakin demokratiyanın ən inkişaf etmiş forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq.

Oxumağa davam et

Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib

Business people communicating with each other against whitePeyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır. Oxumağa davam et

Müsəlman dünyasının sülhə qovuşmasının yeganə həlli: Quran müsəlmanlığı

Quran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var3196290-buse

Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb. Oxumağa davam et

Siyasətdə uğur qazanmaq üçün barışdırıcı mövqe və Tunis nümunəsi

İslam, demokratiya və Tunis

“Tunisin uğuru demokratiya 7847248072_1b7c442255_o-e1396807373172və İslami birliyin nəticəsidir”

Bu söz Tunisdəki hökumətin ən böyük ortağı Nahda Hərəkatı Partiyasının sədri Rəşid əl-Qannuşiyə aiddir.

Bu söz çox əhəmiyyətlidir, çünki Ərəb baharı mövzusunda bir çox pessimist düşüncə mövcud ikən, Tunisdəki müsbət dəyişikliklərin səbəbini çox gözəl təsvir edir.

Tunis ilə bağlı bədbinliyi ümidə çevirən isimlərin başında gələn Qannuşi məlum olduğu kimi, İslam dünyasının mühüm dini liderlərindən biridir və dünya miqyaslı geniş kütlələr tərəfindən dəstəklənir. Oxumağa davam et