Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar

sn-denisovan

DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə, bu nəticəyə gəlindiyi üçün «yeni növə» denisovan adamı (və ya Homo altai) adı verildi. Denisovanlar əldə heç bir dəlil olmamasına baxmayaraq, bugünkü insandan, guya, fərqli insan növü və müasir insanın sanki bir yarımnövü kimi tanıdıldı. Oxumağa davam et

Science Mag saytından xəyali «insanabənzər» nağılı: denisovanlar

denisova3Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.

Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.

Oxumağa davam et