Gizli güclərin boş xəyalı: İslamsız Yaxın Şərq

Yaxın Şərq üç səmavi dinin meydana çıxdığı, saysız-hesabsız dövlətə və imperiyaya ev sahibliyi etmiş sivilizasiyalar beşiyidir. Dünyanın ən mühüm regionlarından biri, bir növ dünyanın qəlbidir. Siyasi, strateji, mədəni, iqtisadi aspektlərdən tarixin hər dövründə çox mühüm rolu olmuş, mədəniyyət və inancların yayılıb inkişaf etməsində körpü vəzifəsini görmüşdür.

Şərqlə Qərbi, Aralıq dənizi ilə Hind okeanını, Rusiya ilə isti dənizləri bir-birinə birləşdirən coğrafi mövqeyi, neft, qaz, almaz, qızıl, uran kimi strateji ehtiyatları ilə böyük əhəmiyyətə malik olan bu region tarix boyu dünyaya hökm etmək arzusunda olan gizli dərin güclərin əsas hədəfi olmuşdur. Dövrümüzdə də həmin güclər terror hadisələri törədərək, psixoloji müharibə strategiyaları tətbiq edərək, qanunsuz təşkilatlardan istifadə edərək və qeyri-qanuni siyasi, iqtisadi, hərbi əməliyyatlar həyata keçirərək Yaxın Şərq torpaqlarını parçalamağa, yerli ünsürləri dağıdaraq ərazini asanlıqla idarə edilə bilən hala gətirməyə, beləliklə bölgənin resurslarını sərbəst şəkildə ələ keçirməyə və bölgədə söz sahibi olmağa çalışdıqları məlum olan bir həqiqətdir.

Gizli dərin dövlət güclərinin digər bir planı da əvvəlcə bölgəni mümkün olduğu qədər kiçik vahidlərə bölərək zəifləməsini və sabitliyinin pozulmasını təmin etmək, bütövlüyünü itirmiş, parçalanmış dövlətlər yığını halına gətirdikdən sonra da region xalqlarını dindən uzaqlaşdırmaq və dinsiz Yaxın Şərq meydana gətirməkdir. Oxumağa davam et