Çirkliliyə Qarşı Balıq Detektoru

dedektör balık

Qərbi Afrika fil balığı (Gnathonemus petersii) Afrikanın 27 C-lik isti və palçıqlı sularında yaşayırlar. Vətəni Nigeriya olan 10 sm böyklükdəki bu balıq palçıqlı sularda gözlərindən çox az istifadə edir. Yolunu quyruq tərəfindəki əzələlərində nizamlı olaraq yaydığı elektrik siqnalları ilə tapır. Normalda, dəqiqədə 300-500 siqnal yayır. Lakin suyun çirklilik nisbəti artdıqca dəqiqədə çıxardığı siqnal sayı 1.000-i keçə bilər.

İngiltərənin Bornmut şəhərində çirkliliyi ölçmək üçün fil balıqlarından faydalanılaraq düzəldilən detektorlardan istifadə edilir. Bourmounthdaki bir su şirkəti Stour çayından aldığı su nümunələrini 20 fil balığının idarəsinə vermişdir. Hər balıq çaydan gələn su ilə doldurulmuş bir akvariumda yaşadılır. Akvaryumlardakı balıqlar siqnalları alıb bağlı olduqları kompüterlərə çatdırır. Əgər su çirkli isə balığın artan siqnalları təsbit edilərək kompüter vasitəsilə həyəcan siqnalı verilir.(75)

Oxumağa davam et

Təkmilləşmiş Kondisioner, Qüsursuz Hiss Edici: Dəri

Hal-hazırda bu kitabın səhifələrini asanlıqla çevirə bilirsiniz. Çünki əlləriniz səhifələri hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də məsələn, stəkanları da əlinizə alıb apara bilirsiniz. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilirsiniz. Çünki dəriniz bütün bunları qəbul edib beyninizə lazımi siqnalları göndərərək sizin cisimləri beyninizdə qavramağınıza kömək edən xüsusiyyətə malikdir.

İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da sizə hərəkət asanlığı verir və heç bir rahatsızlıq olmur. Bununla yanaşı daha “əhəmiyyətsiz” yerlərdə məsələn, kürəkdə az sayda sinir ucu var. Bu çox mühüm üstünlükdür. Bunun əksini düşünək: Oxumağa davam et