Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.
dinsiz
Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir
“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn
Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.
Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.
Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.
Bunların nəticəsində Oxumağa davam et
Quran Elmə Yol Göstərir
Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görərək, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıma imkanı əldə edir.
Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə elmi Allahın yaratma sənətindəki incəliklərinə çatmaqda bir metod kimi qəbul edən din elmlə məşğul olmağa insanları həvəsləndirir. Oxumağa davam et