Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib

Business people communicating with each other against whitePeyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır. Oxumağa davam et

İslamı təbliğ etmə şövqü insanı ruhlandırır

imagesMöminlər nə üçün şövqlə İslamı təbliğ etmək istəyirlər?

Möminlərin şövqünün daimi olmasının səbəbi nədir?

Allah möminlər arasında insanları yaxşılığa, xeyirə çağıran camaat olmasını əmr etmişdir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali-İmran surəsi, 104)

Əməlisaleh müsəlmanlar Allah’ın bu ayəsinə əsasən, insanlara Quran əxlaqını və bu əxlaqa uyğun olmayan həyatın yanlışlığını izah etməyə və onları Allah’ın dininə yönəltməyə çalışırlar. Oxumağa davam et

Albert Eynşteyn

imagesAlbert Eynşteyn:

 “İnsanın həqiqi hədəfini din müəyyən edir. Ancaq hansı vasitələrə istinad edilməsinin vacibliyi məsələsində elmin də söyləyəcəyi şeylər var. Elm həqiqəti qüsursuz öyrənmək istəyənlər tərəfindən formalaşdırılıb müəyyən çərçivələrə salınır. Lakin yenə də bunun mənbəyində böyük ölçüdə din var. Mən dərin imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.”

 (Albert Einstein, Science, Philosophy, And Religion: A Symposium,- 1941, part 3)

Xurafatçıların Səhv Din Anlayışı və Bunun Dinə Verdiyi Zərər

imagesXurafatçıların insanların İslamdan çəkinməsinə səbəb olan səhv din bilgisinin mənbəyi nədir?

Əsl İslam inancı ilə xurafatçı inancı arasındakı fərqlər hansılardır?

Xurafatçılıq Allah’ın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) yaşadığı İslamdan fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. Dövrümüzdə xurafatçıların İslam anlayışı tamamilə fərqli inanca çevrilmişdir. Çünki xurafatçılıqda Quran və sünnə deyil, xurafat və bidətlər əsas götürülür. Ancaq xurafatçılar İslam adından danışırlar. Peyğəmbərimiz (s.ə.v) də axırzamanda xurafatçılığın bu cəhətinə diqqət çəkmiş və xurafatçılığın böyük təhlükə olduğunu hədislərində xəbər vermişdir: Oxumağa davam et

Din Allah Üçün Yaşamaqdır

images“Allah üçün yaşamaq” nə deməkdir?

Müsəlmanlar Allah’ın varlığını və böyüklüyünü dərk edən, Onu çox sevən, Ondan qorxub çəkinən və həyatlarını bu həqiqətə uyğun tənzimləyən insanlardır. Digər insanlar isə (Allah’ı tənzih edirik) ya Allah’ı inkar edənlər, ya da Allah’ın varlığını qəbul etmələrinə baxmayaraq, Allah’dan qorxub çəkinməyənlərdir.

Bu cür insanlar onları yaradan Allah’ı yada salmadan yaşayırlar. Böyük ağılsızlıqla, həyatlarının kim tərəfindən, necə və nə üçün başladığına etinasız yanaşırlar. Beyinlərində (Allah’ı tənzih edirik) Allah’a və Onun dininə yer olmayan yeni həyat qurmağa çalışırlar. Oxumağa davam et

İslamla Şərəflənək

Al­lah Öz ayə­lə­rin­də mü­səl­man ol­duq­la­rı­na gö­rə öz­lə­ri­ni qiy­mət­li bir var­lıq ki­mi gö­rən­lər­dən, mü­səl­man ol­ma­la­rı­nı İs­lam dini və el­çi üçün bö­yük bir qa­zanc, Al­la­hın bir lüt­fü ki­mi gös­tə­rən­lər­dən bəhs edir:

«On­lar is­la­mı qə­bul et­dik­lə­ri­nə gö­rə sə­nə min­nət qo­yur­lar. De: «Mü­səl­man ol­du­ğu­nuz­la mə­nə min­nət qoy­ma­yın! Xeyr, əgər doğ­ru de­yir­si­niz­sə, bi­lin ki, si­zi ima­na mü­vəf­fəq et­mək­lə əs­lin­də Al­lah si­zin boy­nu­nu­za min­nət qoy­muş olur!»« («Hu­cu­rat» su­rə­si, 17).

Ayə­də də qeyd edil­di­yi ki­mi, əs­lin­də bu mə­sə­lə in­san­la­rın dü­şün­dük­lə­ri­nin tam ək­si­nə­dir: İs­la­ma da­xil olan bir in­san İs­la­mı şə­rəf­lən­dir­məz, ək­si­nə, İs­lam ona şə­rəf ve­rər. Oxumağa davam et

Namaz və Huşu

Hər gün mü­əy­yən vaxt­la­rda ni­zam­lı şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si fərz sa­yı­lan iba­dət­lər var. La­kin hə­min iba­dət­lə­rin da­im ye­ri­nə ye­tirilməsini­ mö­min­lər­ yal­nız vər­diş halını alan iba­dət­lə­r qismində nəzərdən keçirməməlidirlər. Tam ək­si­nə, Al­lah üçün ye­ri­nə ye­tir­di­yi­ bu ibadət mö­mi­nə hər də­fə ye­ni hə­yə­can və şövq ver­mə­li­dir. Na­maz da bu şə­kil­də da­im ye­ri­nə ye­ti­ri­lən iba­dət­lər­dən­dir. Quran­da mö­min­lə­rin na­maz­la­rı­nı hu­şu ilə qıl­dıq­la­rı bil­di­ri­lir:

«Hə­qi­qə­tən, mö­min­lər ni­cat tap­mış­lar! On­lar na­maz­la­rın­da mü­ti olub Ona bo­yun əyər­lər!» («Mu­mi­nun» su­rə­si, 1-2). Oxumağa davam et