Elm Xəbərləri

imagesDNT-NİN İÇİNDƏ MİLYONLARLA CD SAXLANACAQ

İngilis elm adamları rəqəmsal məlumatı DNT-nin içində saxlamağın mümkün olduğunu açıqlayıblar.

İngilis elm adamları milyonlarla CD-lik məlumatı əsrlərlə təhlükəsiz saxlamaq üçün DNT-nin içinə yerləşdirəcəklərini deyiblər.

Elm adamları bunu təsdiqləmək üçün bir sınaq şüşəsinin içində çətinliklə görünən DNT hissəsinə 154 Şekspir sonatası, bir fotoşəkil, bir elmi tezis və Martin Lüter Kinqin məşhur “Bir xəyalım var” adlı nitqindən 26 saniyəlik səsyazısını yerləşdirib.

Bu əməliyyat üçün rəqəmsal informasiyanın 1 və 0 rəqəmlərindən ibarət ikili şifri DNT şifrinin 4 hərfli əlifbasına çeviriblər. Bu şifrdən sintetik DNT-nin əsaslarını düzəltmək üçün istifadə edilib. Cihazlar DNT molekullarını oxuyub və şifrlənmiş məlumatı toplayıb. Oxumağa davam et

Həyatın Mənşəyini Açıqlayan “İlk Hüceyrə”

İçerikDarvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali ilk hüceyrə var. Darvinizmə əsasən, hər şey bu ilk hüceyrə ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali ilk hüceyrədir.

Darvinizmə görə, bu xəyali ilk hüceyrənin mənbəyi isə bir az palçıqlı su, zaman və təsadüflərdir! Oxumağa davam et

DNT Molekulundakı Mükəmməl Təfərrüatlar

dntDNT-nin kimyəvi quruluşu necədir?

Atomların düzülüşündəki yaradılış xüsusiyyətləri nə üçün həyati əhəmiyyət daşıyır?

DNT (dezoksiribo nuklein turşusu) karbon, hidrogen, oksigen, azot, fosfat atomlarından ibarətdir və hüceyrənin bütün həyati funksiyalarında rol oynayan böyük molekuldur. İnsana aid DNT molekulunda bu atomlar milyardlarladır və hər insanda özünəməxsus formada düzülmüşdür. DNT bu molekulun kimyəvi quruluşunu ifadə edən dezoksiribo (D), nuklein (N) və turşu (T) sözlərinin qısa yazılışıdır. Oxumağa davam et

DNT-nin Yaradılışında Təsadüfə Yer Yoxdur.

3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.

Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir: Oxumağa davam et

Miniatür Məlumat Bankı: DNT

DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır. İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər nöqsansız plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.

DNT hüceyrənin mərkəzində yerləşən nüvədə ciddi şəkildə qorunur. İnsan orqanizmində sayı 100 trilyona çatan hüceyrələrin diametrinin təxminən “millimetrin yüzdə biri” olduğu  nəzərə alınsa, nə qədər kiçik yerdən bəhs edildiyi daha yaxşı başa düşülər. Bu möcüzəvi molekul Allahın yaratma sənətindəki mükəmməllik və fövqəltəbiiliyin açıq dəlilidir.

DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir. Eyni zamanda Oxumağa davam et

Klonlaşdırma Təkamül Nəzəriyyəsinə Dəlil Deyil

Canlıların klonlaşdırılması nədir?

Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-dən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid bir yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.

Klonlaşdırmanın nə üçün təkamüllə əlaqəsi yoxdur?

Klonlaşdırma və təkamül anlayışları təqdimat baxımından bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur (Bu iddianın həyata keçəcəyinə aid heç bir dəlil yoxdur). Klonlaşdırma isə canlı hüceyrənin genetik maddəsindən istifadə edilərək həmin canlının kopyalanmasıdır. Burada onsuz da canlı olan bir hüceyrədən başlanılır və bioloji proses laboratoriya mühitində süni üsulla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan “təsadüfi” bir proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur. Oxumağa davam et

Meymun və İnsan Geninin Oxşarlığı Təkamül Nəzəriyyəsinin Sübutu Deyil

Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğundan, insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları çaşdırmaq niyyəti güdən təbliğatdır.

Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası aldatmaq məqsədilə edilir.

İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin geni bir-birilə müqayisə edilməli və nəticə olmalıdır. Ancaq əslində belə bir nəticə yoxdur. Çünki indiyə qədər yalnız insanın genetik xəritəsi əldə edilmişdir. Şimpanze üzərində isə hələ bu cür tədqiqat aparılmamışdır. Oxumağa davam et