Əhli-kitab müsəlmanlar və kitab əhli dəccaliyyətə qarşı bir-birlərinin müttəfiqidir

ramazanŞübhəsiz ki, dünyanın sülhə, dostluğa və qardaşlığa bəlkə də ən çox ehtiyacı olduğu dövrlərdən birində yaşayırıq. XX əsrə damğasını vuran qarşıdurma və müharibələr XXI əsrdə də davam edir, dünyanın hər tərəfində məsum insanlar bu müharibələrdə böyük maddi və mənəvi itkiyə məruz qalırlar. Ancaq bəzi kütlələr israrla müsəlmanlar və kitab əhli arasındakı qarşıdurmanı körükləməyə çalışırlar. Halbuki, açıq-aşkar görünür ki, bu kütlələrin körüklədiyi sivilizasiya mübarizəsi bütün bəşəriyyəti böyük fəlakətə apara bilər. Bu fəlakətin qarşısının alınmasının ən əsas yollarından biri müsəlmanlar və kitab əhli arasındakı qardaşlıq və əməkdaşlığın gücləndirilməsidir. Oxumağa davam et

Ağıl doğru düşünməyə səbəb olur

imagesAğıllı insan necə düşünür?

Ağıllı olmaq üçün nə etmək lazımdır?

Zəka ağıllı olmaq üçün niyə kifayət etmir?

Düşünmək insanın ən əsas xüsusiyyətlərindən biridir. Ancaq bir çox insan bu xüsusiyyətini, həqiqətən, hikmətli və faydalı mövzuya sərf etmək əvəzinə özünə və ətrafına heç bir fayda verməyən məsələlərdə istifadə edir. Bəzən saatlarla, hətta günlərlə düşünür, ancaq sərf etdiyi uzun vaxtdan sonra ortaya heç bir nəticə çıxara bilmir. Halbuki, bir insan faydalı işlər düşündüyünü iddia etməsi üçün gördüyü, eşitdiyi, qavradığı və ya fikrindən keçirdiyi məlumatları faydalı nəticələndirməlidir. Oxumağa davam et

Saleh Əməl

Qu­ran­da tez-tez rast gə­li­nən ter­min­lər­dən bi­ri «sa­leh əməl»dir. «Sa­leh» kəl­mə­si “gö­zəl, doğ­ru, xe­yir­li” mə­na­la­rı­nı ve­rir. «İs­lah et­mək» fe­li də ey­ni kök­dən tö­rə­miş­dir və «sa­leh və­ziy­yə­tə gə­tir­mək» de­mək­dir. «Əməl» kəl­mə­si­nin Azər­bay­can di­li­nə ən ya­xın qar­şı­lı­ğı isə «iş»dir. Ümu­miy­yət­lə, sa­leh əməl, yax­şı və xe­yir­li iş mə­na­sı­nı ve­rir ki, bu da Qu­ran­da Al­la­hın ri­za­sı­na və gön­dər­di­yi di­nə uy­ğun hər cür əməl və hə­rə­kə­ti ifa­də edir.

İn­sa­nın axi­rə­ti­ni xi­las edən şey isə yal­nız iman gə­tir­mə­si de­yil, ey­ni za­man­da o ima­na uy­ğun sa­leh işlər görməsidir. Çün­ki sa­leh əməl sə­mi­mi ima­nın gös­tə­ri­ci­si­dir. Bu­nun ək­si­nə, yal­nız «iman gə­tir­dim» de­yib bu ima­nın tə­ləb­lə­ri­ni ye­ri­nə ye­tir­mə­mək in­sa­nı xi­las et­məz. Al­lah bu möv­zu­da be­lə bu­yu­rur:

«İn­san­lar yal­nız: «İman gə­tir­dik!» – de­mə­lə­ri­lə on­lar­dan əl çə­ki­lib im­ta­han olun­ma­ya­caq­la­rı­nı­mı sa­nır­lar? Biz on­lar­dan əv­vəl­ki­lə­ri də im­ta­ha­na çək­miş­dik. Şüb­hə­siz ki, Al­lah düz­da­nı­şan­la­rı da, ya­lan­çı­la­rı da çox gö­zəl ta­nı­yar!» («Ən­kə­but» su­rə­si, 2-3).

Al­la­hın «iman gə­tir­dik» de­yən­lə­ri sı­na­ma­sı­nın önəm­li qis­mi sa­leh əməl­lər­lə olur. Çün­ki bu əməl­lər, on­la­rı ye­ri­nə ye­tir­mə­yə borc­lu olan mü­səl­man­la­rın səbir­lə­ri­ni, qə­tiy­yət­lə­ri­ni, sə­da­qət­lə­ri­ni, qı­sa­sı, iman­la­rın­da­kı fə­ra­sət­lə­ri­ni or­ta­ya çı­xa­rır. Oxumağa davam et

Doğrunu Səhvdən Ayıran Rəhbər

Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? .. Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. Cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatlarını qururlar. Cəmiyyət, dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyülərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə tapınmağı haqlı hesab edirlər. Qısası, çoxluğa uyğunlaşırlar.

Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin icadlarına yönəlmək olar. İdeologiyalara ümid edib, ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə yarandığını, hansı qanunlara görə işlədiyini, gələcəyin necə olacağını kəşf etdiyinə inanmaq olar. Bu gedişlə Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşən beyni” mühafizə edilib “insanların istifadəsi” üçün saxlamaq da olar.

Oxumağa davam et